header

 İran XİN başçısı Suriyaya gələrək mesaj verdi

İranın xarici işlər naziri Suriyanın paytaxtı Dəməşqdə rəsmi səfərdədir.

Tashaio.com-un IRNA-ya istinadən verdiyi xəbərə əsasən, İranın xarici işlər naziri Muhəmməd Cavad Zərif bəyan edib ki, Suriyanın İdlib əyalətindəki terrorçular buradan çıxarılmalıdırlar.

Qeyd edək ki, İdlib əyalətinin ərazisi hazırda faktiki olaraq Suriya ordusunun nəzarəti altında deyil. Bölgə müxtəlif terrorçu qruplaşmaların nəzarəti altındadır.

“Suriyada terrorçuluğun tam təmizlənməsi prosesi gedir, terrorçuların qalıqları, o cümlədən də “Nusra Cəbhəsi” terrorçuları İdlibdən çıxarılmalıdırlar.”, - deyə Zərif qeyd edib.

Xatırladaq ki, İranın xarici işlər naziri Suriyanın paytaxtı Dəməşqdə rəsmi səfərdədir. Səfər zamanı o, Suriya prezidenti Bəşər Əsəd, həmçinin Suriya XİN başçısı Valid Muallem və digər vəzifəli şəxslərlə görüşmək niyyətindədir, Danışıqların mövzusu isə Suriyadakı vəziyyət, həmçinin iki ölkə arasındakı əlaqələr olacaq.

İranın xarici işlər naziri Suriyanın paytaxtı Dəməşqdə rəsmi səfərdədir.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 09-03-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap