header

 Kəbənin örtüyü dəyişdirildi

Müqəddəs torpaqlarda 2 milyona yaxın hacı Ərəfata getməyə hazırlaşdığı vaxt, Məscidul Həramdakı Kəbə evinin örtüyü yenisi ilə əvəzlənib.

Müqəddəs torpaqlarda 2 milyona yaxın hacı Ərəfata getməyə hazırlaşdığı vaxt, Məscidul Həramdakı Kəbə evinin örtüyü yenisi ilə əvəzlənib.

 

Tashaio.com xəbər verir ki, Məkkədə 160 xidmətçi tərəfindən il ərzində dəqiqliklə toxunan və Məscidul Həram rəsmilərinə təhvil verilən örtük, bu gün (20 avqust) sübh namazından sonra Beytullaha asılıb. 14 metr hündürlüyündə və 45 metr uzunluğunda olan Kəbənin örtüyü, ümumilikdə 16 hissədən ibarətdir. Kəbə örtüyünün hazırlanması üçün təxminən 670 kiloqram xalis ipək, 120 kiloqram qızıl, 100 kiloqram gümüş istifadə edilir. Gümüş və qızıl Kəbə örtüyününün üzərində Qurani-Kərimdən ayələrin yazılması üçün istifadə olunur.

 

Digər tərəfdən, Səudiyyə rejiminin rəsmi mənbələri bu il həcc ibadətini yerinə yetirmək üçün hava, quru və dəniz yolları ilə Məkkəyə ümumilikdə 1.991.673 hacının gəldiyini bildirib. Xaricdən gələn hacıların sayı 1.753.782 nəfərdir. Təyyarə ilə gələn hacıların sayının 165.240 nəfər, dəniz yolu ilə gələnlərin sayının 16.163, quru yolu ilə gələnlərin sayının isə 85.579 nəfər olduğu açıqlanıb.

 

 

 

Müqəddəs torpaqlarda 2 milyona yaxın hacı Ərəfata getməyə hazırlaşdığı vaxt, Məscidul Həramdakı Kəbə evinin örtüyü yenisi ilə əvəzlənib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 08-20-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap