Müsəlmanlar etiraz etdi, Çin hökuməti məscidinin sökülməsini dayandırdı
Posted on :
Digər sahələr
08/13/2018
Çinli müsəlmanların etirazının ardınca yerli hökumət məscidin sökülməsini dayandırıb.
Çinli müsəlmanların etirazının ardınca yerli hökumət məscidin sökülməsini dayandırıb.
Tashaio.com xəbər verir ki, Channel News Asia televiziyasının xəbərinə görə, Ningşia Hui Muxtar Vilayətinin Veycou yerli hökumət Çin Mədəniyyət İnqilabı zamanı sökülən və ötən il bərpa edilərək ibadət üçün müsəlmanların ixtiyarına verilən 600 illik “Veycou Came” məscidinin sökülməsi qərarını təxirə salıb.
Qeyd edək ki, bir neçə gün öncə Hui müsəlmanları yerli hökumətin məscidi sökmə qərarına qarşı etiraz aksiyası keçirmiş, bu prosesi dayandırmağı tələb etmişdi.
Xatırladaq ki, Çində 23 milyon müsəlman yaşayır. Ölkədəki 56 etnik qrupdan 10-u müsəlmandır. Hui (Çinli müsəlmanlar) ilə Uyğur, Qırğız, Qazax, Tacik, Tatar, Özbək, Salar, Baoan və Dongşiang etnik azlıqları, sıx olaraq ölkənin şimal və şimal-qərbində yaşayır.