header

 Yəmənə qarşı `Əl-Qaidə` və Ərəbistanın əlbirliyi

Səudiyyə Ərəbistanı başda olmaqla koalisiya qüvvələri Yəməndə "Əl-Qaidə" ilə razılığa gəlib və terror təşkilatının üzvlərinə pul ödəyir.

Səudiyyə Ərəbistanı başda olmaqla koalisiya qüvvələri Yəməndə "Əl-Qaidə" ilə razılığa gəlib və terror təşkilatının üzvlərinə pul ödəyir. Tashaio.com-un verdiyi məlumata görə, bu barədə Associated Press-in apardığı araşdırma zamanı məlum olub. Xəbərə görə, amerikalı bir rəsmi "Əl-Qaidə" terror təşkilatının  Yəməndəki komandirlərindən Adnan Raziık ilə görüşdükdən sonra belə bir açıqlama verib.

Kanal bildirir ki, Razik Səudiyyə koalisiyasından "Əl-Qaidə" terrorçularına ödəmək üçün  milyonlarla dollar pul aldığını etiraf edib.

Nəşrin araşdırmasına görə, Səud rejiminin Yəmənin cənubunda terrorçuları öz xidmətinə alıb: belə ki, ən azı 250 terrorçu BƏƏ-nin  dəstəklədiyi güclərə qatılıb.

"Əl-Qaidə" komandiri Razik, Səudiyyə koalisiyasından milyonlarla dollar pul aldığını etiraf edib

Qeyd edək ki, bundan əvvəl İsrailin Haaretz qəzti  Yəməndə müharibənin uzandığına işarə edərək, Səudiyyənin Amerikadan ən müasir silahları və kəşfiyyat məlumatlarını aldığını bildirmişdi. Qəzet rəsmi Ər-Riyadın iddialarının əksinə koalisiya qüvvələrinin bu günə qədər Yəmənin cənubundakı "Əl-Qaidə"yə qarşı heç bir hücum həyata keçirmədiyini vurğulamışdı.

Səudiyyə Ərəbistanı başda olmaqla koalisiya qüvvələri Yəməndə "Əl-Qaidə" ilə razılığa gəlib və terror təşkilatının üzvlərinə pul ödəyir.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 08-07-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap