header

 Rusiya ordusu erməni kəndinə soxuldu

Ermənistanda Rusiyanın 102-ci hərbi bazasının hərbçilərinin Şirak vilayətinin Panik kəndində hərbi təlimlər zamanı boş güllələrdən istifadə etməsi yerli sakinləri qorxuya salıb.

Ermənistanda Rusiyanın 102-ci hərbi bazasının hərbçilərinin Şirak vilayətinin Panik kəndində hərbi təlimlər zamanı boş güllələrdən istifadə etməsi yerli sakinləri qorxuya salıb.

İnsident iyulun 17-də baş verib. Bildirilib ki, kənd sakinləri əvvəlcə müharibənin başladığını zənn ediblər.

“30-dan çox hərbçi kəndə gələn yolu bağladılar və atəş səsləri eşidildi. Yaxşı ki güllələr boş olub. Bütün sakinlər güllə səslərindən sonra evlərindən qaçdılar, hətta huşunu itirən uşaqlar da var”, – kənd icmasının rəhbəri Vardan Makeyan deyib.

“Onlar heç kimi təlimlərin keçiriləcəyi ilə bağlı məlumatlandırmayıb. Əgər Ermənistan Rusiya Federasiyasında bu addımı atsaydı, bunu faciəyə çevirərdilər. Başa düşdük ki, yaxınlıqda hərbi baza var. Çox sağ olsunlar ki, bizi müdafiə edirlər. Amma təlimləri kənd ərazisində keçirmək olmaz”, – o bildirib.

İnsidentin videosu “Facebook” sosial şəbəkəsində yayımlanıb.

Rusiyanın Ermənistandakı 102-ci bazasının komandirinin müavini Aleksey Polyuxoviç deyib ki, baza rəhbərliyi məsələ ilə bağlı araşdırmalara başlayıb.

Şirak rayonunun qubernatoru Karen Saruxanyan bəyan edib ki, rusiyalı hərbçilər fors-major vəziyyətlə bağlı məlumat verib və insidentə görə üzr istəyib.

“Belə bir hadisə ilk dəfə baş verib və onlar bunun bir daha təkrar olunmayacağını bildiriblər. Hazırda məsələ ilə bağlı araşdırmalar aparılır”, – Saruxanyan qeyd edib.

Ermənistanda Rusiyanın 102-ci hərbi bazasının hərbçilərinin Şirak vilayətinin Panik kəndində hərbi təlimlər zamanı boş güllələrdən istifadə etməsi yerli sakinləri qorxuya salıb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 07-19-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap