header

 İsrail parlamenti dövlətin yəhudiliyi barədə qanun qəbul etdi

İsrail rejiminin parlamenti yeni qanun qəbul edib.

Tashaio.com-un “Islam Today”-ə istinadən verdiyi xəbərə əsasaən, İsrail rejiminin parlamenti dövlətin yəhudi xüsusiyyəti barədə qanun qəbul edib. İsraili “yəhudi xalqının milli evi”, yəhudiləri isə onun hüdudlarında öz milli müqəddəratını təyin etmək hüququ olan yeganə xalq elan edən sənəd ölkənin ərəb əhalisi tərəfindən şiddətli etirazlara səbəb olub.

Qanun hüquq bərabərliyini pozan və irqçi hesab edilib.

Bundan əlavə, sənədə əsasən, artıq İsraildə yalnız 1 dövlət dili - yəhudi dili qalacaq, indiyədək isə bərabərhüquqlu hesab edilən ərəb dili isə “xüsusi statusa” sahib olacaq.

Xatırladaq ki, ərəblər 8 milyonluq İsrail əhalisinin 20 faizini təşkil edir. Formal olaraq onlar da yəhudilərlə bərabər vətəndaş hüquqlarına sahibdirlər, lakin tez-tez faktiki diskriminasiyanın olmasından şikayətlənirlər.

İsrail rejiminin parlamenti yeni qanun qəbul edib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 07-19-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap