header

 Tramp Ərdoğana səsləndi: Bu tam bir biyabırçılıqdır...

Tramp xristian keşiş üçün Ərdoğana səsləndi.

Tashaio.com-un RİA-ya istinadən verdiyi xəbərə əsasən, ABŞ prezidenti Donald Tramp Türkiyə rəhbərliyini bu ölkədə saxlanılmış ABŞ-lı pastoru mümkün qədər tez azad etməyə çağırıb.

Yevangelist pastor (protestant keşişi) Endryü Branson 2016-cı ilin oktyabr ayından Türkiyə tərəfindən saxlanılır. Rəsmi Ankara onu FETÖ, həmçini PKK terror təşkilatlarına yardım göstərməkdə ittiham edir.

Tam bir biyabırçılıqdır ki, Türkiyə hörmətli pastoru həbsxanadan azad etmir. (Türkiyə prezidenti Rəcəb Tayyib) Ərdoğan bu çox yaxşı xristian həyat yoldaşı və atanı azad etmək üçün nəsə etməlidir. O, pis heç bir iş görməyib, ailəsinin ona ehtiyacı var.”, - deyə Tramp “Twitter” hesabında yazıb.

Xatırladaq ki, Tramp 2017-ci ildə Ərdoğanla keçirdiyi görüş zamanı adıçəkilən keşişin azad edilməsini xahiş edib. Sentyabrda isə Ərdoğan Bransının əvəzinə Fətullah Güləni təslim etməyi ABŞ-a təklif edib.

Tramp xristian keşiş üçün Ərdoğana səsləndi.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 07-19-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap