header

 Roma Papası abort edənləri faşistlərə bənzətdi

Roma Papası çıxış etdiyi Ailə forumunda abortları pisləyib.

İslamazeri.com-un “Chicago Tribune” qəzetinə istinadən verdiyi xəbərə əsasən, Roma Papası Fransisk abortları pisləyərək, bu əməli nasist Almaniyasında tətbiq edilmiş yevgenika ilə müqayisə edib.

Ötən əsrdə bütün dünya nasistlərin irqi təmizləmək üçün etdiklərindən sarsılmışdı. Bu gün biz də eyni şeyi edirik, sadəcə ağ əlcəklər geyinərək.”, - deyə Papa İtaliyada keçirilmiş Ailə forumunda bildirib.

Beləliklə də, Katolik kilsəsinin başçısı doğuşdan əvvəlki testə qarşı da çıxıb. Çünki, bu cür testlər nəticəsində döldəki səhv inkişaf və ya genetik pozuntuların olduğunu aşkar edən valideynlər adətən hamiləliyi dayandırırlar.

Forumda Roma Papası uşaqları “Tanrının bizə göndərdiyi” kimi qəbul etməyə dair də çağırış edib.

Hazırda bir çox dinlərin təmsilçiləri abortların qadağan edilməsinə nail olmağa çalışırlar. Katolik rahiblər də bu istiqamətdə çox sərt mövqe sərgiləyirlər. Avropanın iki ölkəsində - Vatikan və Maltada abortlar tam qadağan edilib.

Yevgenika - insan nəslini bioloji yolla yaxşılaşdırmaq haqqında nəzəriyyə

Yevgenikanın ən parlaq nümunələrinə iyirminci əsrin iki nəhəng və bir-birinə düşmən ideologiyalarının hökm sürdüyü dövlətlərdə - bolşeviklərin Sovetlər Birliyində, bir də faşistlərin Almaniyasında rast gəlinir.

Roma Papası çıxış etdiyi Ailə forumunda abortları pisləyib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 06-23-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap