header

 Ruhani Putinə səsləndi: ABŞ-a qarşı birləşməliyik!

İran və Rusiya prezidentləri arasında görüş baş tutub.

İslamazeri.com-un “Islam Today”-ə istinadən verdiyi xəbərə əsasən, ABŞ-ın İranın nüvə proqramına dair Hərtərəfli Birgə Fəaliyyət Planı (HBFP) razılığından çıxmasının fonunda Rusiya və İran arasında aktiv dialoq təşkil olunmalıdır.

Bunu İran Prezidenti Həsən Ruhani “Şanxay Əməkdaşlıq Təşkilatı”nın (ŞƏT) Tsindaoda keçirilən sammiti zamanı rusiyalı həmkarı Vladimir Putinlə görüş keçirərkən deyib.

“ABŞ-ın bu sazişlərdən qanunsuz şəkildə çıxmağına gəlincə isə, burada ölkələrimiz arasında daha ciddi və daha mühüm dialoq tələb olunur.”, - deyə Ruhani bildirib.

Ruhani əlavə edib ki, nüvə sazişlərinin icrasında Rusiya “çox mühüm və konstruktiv rol” oynayıb.

Xatırladaq ki, ABŞ may ayında İranın nüvə proqramına dair HBFP-dan birtərəfli şəkildə çıxıb.

İran və Rusiya prezidentləri arasında görüş baş tutub.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 06-11-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap