header

 Münhen Təhlükəsizlik Konfransının sədri: Tramp təxribat qəhrəmanıdır

Münhen Təhlükəsizlik Konfransının sədri Trampın Şimali Koreyaya qarşı siyasətlərini və Əhatəli Müştərək Təşbbüs Proqramından çıxmasını təxribat nümunələri adlandırıb.

Münhen Təhlükəsizlik Konfransının sədri Volfqanq İşinqer Bild qəzetinə verdiyi müsahibədə ABŞ prezidenti Donald Trampın ƏMTP-dən çıxdığına və Şimali Koreya prezidenti ilə görüşü rədd etdiyinə görə diplomatiyada təxribatçılıq qəhrəmanı adlandırıb. 

İşniger deyib: Tramp gözlənilməz olması ilə müzakirələr və razılaşmalarda əlavə uğurlar qazanmaqdansa xarici siyasətdə əliboş qalıb. 

Münhen Təhlükəsizlik Konfransının sədri deyib: Sadəcə bir görüşlə Şimali Koreya rəhbərini nüvə proqramı qarşısındakı vəzifələrini yerinə yetirməyə yönəltməyin mümkün olmasını düşünmək əvvəlindən xulya idi. 

Tramp Ş.Koreya rəhbərinə ünvanladığı bir məktubda onunla proqramlaşdırılmış görüşü ləğv edib. 

İşinger Trampın Ş.Koreya rəhbərinə ünvanladığı məktubu qəribə adlandırıb və deyib: Bu məktub heç şübhəsiz gələcəkdə dünyanın diplomatiya akademiyalarında pis bir nümunə kimi diqqətdə saxlanılacaq. 

Münhen Təhlükəsizlik Konfransının sədri Trampın Şimali Koreyaya qarşı siyasətlərini və Əhatəli Müştərək Təşbbüs Proqramından çıxmasını təxribat nümunələri adlandırıb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 05-27-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap