header

 Qətər Misir, Ərəbistan, BƏƏ və Bəhreyn məhsullarını boykot etdi

Qətərin İqtisadiyyat və Ticarət Nazirliyi şənbə günü ölkə ərazisində Ərəbistan, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Misir istehsalı olan məhsulların saxlanılması və alqı-satqısını qadağan edib.

Əl-Aləm kanalının verdiyi məlumata görə, Qətərin İqtisadiyyat və Ticarət Nazirliyinin müfəttişləri müxtəlif ticarət mərkəzlərində qəfil yoxlamalar həyata keçirməklə, qanunu pozanlara qarşı tədbirlər həyata keçirəcəklər.

Qətərin Xarici İşlər Nazirliyinin sözçüsü Lulu Xatir son zamanlar ölkəsinin Ərəbistan, BƏƏ, Bəhreyn və Misir tərəfindən tətbiq edilən sanksiyaları özü üçün yeni fürsətlərə çevirdiyini deyib.

Ərəbistan və müttəfiqləri olan BƏƏ, Bəhreyn və Misir 5 iyun 2017-ci ildə Qətər ilə diplomatik və ticarət əlaqələrini kəsərək, bu ölkəyə qarşı sanksiyalar tətbiq edib və öz quru, hava və su sərhədlərini Qətər üçün bağlı elan ediblər. Bu 4 ərəb ölkəsi Qətəri Ərəbistanın siyasətləri ilə ayaqlaşmamaqda ittiham edir.

Qətərin İqtisadiyyat və Ticarət Nazirliyi şənbə günü ölkə ərazisində Ərəbistan, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Misir istehsalı olan məhsulların saxlanılması və alqı-satqısını qadağan edib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 05-27-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap