header

 Yəməndə husilər 5 səudiyyəli hərbçini məhv edib

Yəmən ordusu və könüllülər Səudiyyə Ərəistanı ilə sərhəddə zabit də daxil olmaqla 5 səudliyyəli hərbçini məhv edib.

FaktXeber.com-un RİA Novosti-yə istinadla verdiyi məlumata görə, bu barədə SPA xəbər yayıb.

«Kapitan Əhməd ben Vabil əl-Vabil 4 digər səudiyyəli hərbçi ilə sərhəddin cənub zolağında husilərlə döyüşdə həlak olub», - deyə məlumatda bildirilir.

Qeyd edək ki, Yəmən ordusu könüllülərlə birgə keçirdikləri əməliyyatların görüntüsünü mütəmadi olaraq paylaşmasına baxmayaraq Səudiyyə Ərəbistanı uzun illərdən bəri ilk dəfədir ki, öz itkiləri barədə etiraf edib. 

Səudiyyə başda olmaqla koalisiya qüvvələri 2015-ci ildən bəri Yəmənə mütəmadi aviazərbələr endirirlər. Nəticədə yüz minlərlə sakin evlərindən didərgin düşüb, on minlərlə insan həlak olub və yaralanıb. Bundan başqa ölkə vəba və difteriya epidemiyasının əsarətindədir, qıtlıq hökm sürür.

Bütün bunlara cavab olaraq Yəmən ordusu və husilər Səudiyyənin sərhəd rayonlarında tez-tez əməliyyatlar keçirirlər. 

Yəmən ordusu və könüllülər Səudiyyə Ərəistanı ilə sərhəddə zabit də daxil olmaqla 5 səudliyyəli hərbçini məhv edib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 05-23-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap