header

 Telaviv siyonistlərinin miqrantları təhqir etməsinə dair şok təsvirlər

Telaviv siyonistlərinin miqrantları təhqir etməsinə dair təsvirlərin sosial şəbəkələrdə yayımlanması umumxalq hiddətinə səbəb olmuşdur.

Tashaio.com-Bu təsvirlərdə Telavivin sakini bir yəhudi gənc bir miqrantı təhqir edir. Bu hadisə Aprelin 24-də Telavivdə baş vermişdir. Fotoqrafçı nadir analoqu olan bir zorakılıq səhnəsindən danışır. O habelə sosial şəbəkələrdə bu təsvirlərin senzura edilməsini məhkum etmişdir. Tuitter və feysbuk kimi sosial şəbəkələrin iştirakçıları təsvirləri gördükdə şok olmuş və onu məhkum etmişlər. Təsvirdə bir nəfər çılpaq bir zəncinin saçlarından yapışmış və gülə-gülə selfi şəkil çəkir. Fotoqrafçı (səhnənin şahidi olan şəxs) deyir: təhqir edən sionist zənci miqranta dedi: sənin şənin və yerin məndən çox aşağıdır. Mənə salam verməli, hörmət etməlisən... Frans 24-ün yazıçılar heyəti fotoqtafçı ilə əlaqə yarada bildilər. Onun adı Conatan Samuildir. O, Telavivdə sakin olan Amerikan fotoqrafçısıdır. O, şəkil çəkməkdən öncə və sonra baş verənlər haqqında deyir: Mən adət üzrə Telaviv sahilində qədəmləyirəm. 24 Apreldə çərşənbə axşamı axşam saat 6 radələrində üç nəfər axmaq və dəli adam bir-birinə işarə edib çimməkdə olan iki zənciyə yaxınlaşdılar. Onlar zəncilərin kim olduqlarını bilmirdilər. Mən isə onları görmək həmən İsrailə gələn miqrant olduqlarını başa düşdüm. Qırmızı köynəkli bir nəfər iki zənci miqrantla zarafatlaşırdı. Miqrantlar gülümsəyirdilər. Tədricən dəhşətli bir vəziyyət yarandı. Altı-yeddi metr məsafədə olduğuma görə bir-birinə nə dediklərini eşitmirdim. Lakin miqrantların davranışından vəziyyətin nə yerdə olduğunu başa düşdüm. Mobil telefonumla neçə şəkil çəkmək qərarına gəldim. Birdən gördüm ki, onlardan biri miqrantlardan birinin saçlarını heyvan saçları kimi çəngələdi. Çox qəribə davranırdı. Bu davranış zahirən dostcasına olsa da əslində olduqca kobud idi. Bir növ xudbinlik xarakteri daşıyırdı. Belə çıxırdı ki, gənc zənciyə “məndən çox aşağısan, mənə salam verməli və hörmət etməlisən” deyirdi. İki miqrant yenə gülümsəlsələr də məcburi gülümsəmək idi. Əslində onlar qırmızı köynəkli adamın davranışından əzab çəkirdilər. Yaxında olan neçə nəfər isə yalnız səhnəyə baxır və müdaxilə etmirdilər. Mənim özüm də müdaxilə etmədim. Hamı bu hadisənin şəklini çəkməklə kifayətlənirdi. O miqrantları yaxından görmək fikrinə də düşmədim. Çünki hər şey mənə aydın idi. Bu şəkilləri paylaşmaq qərarına gəldim. Heç kimin belə davranmağa haqqı yoxdur, istər tərəf müqabil didərgin olsun, ağ dərili olsun, istərsə də zənci, İsraildə olsun, yaxud dünyanın hər hansı bir yerində. İsrail dövləti miqrantların hüququnun müdafiəsi iddisında olarkən belə bir hadisə baş verir. Miqrantlar davamlı olaraq irqçiliyə və hətta zorakılığa məruz qalırlar.

Telaviv siyonistlərinin miqrantları təhqir etməsinə dair təsvirlərin sosial şəbəkələrdə yayımlanması umumxalq hiddətinə səbəb olmuşdur.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 05-05-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap