Səudiyyədə namazın vaxtının dəyişdirilməsi təklif edilib
Posted on : Digər sahələr 03/19/2018
Səudiyyə Ərəbistanında parlaementin 26 şura üzvü "İşa" namazının vaxtının dəyişdirilməsi təklifi ilə çıxış ediblər.
FaktXəbər bildirir ki, bu barədə Səudiyyədə gündəlik dərc olunan "Əl-Riyad" qəzeti yazıb.
Məlumata görə, 26 şura üzvünün hazırladığı təkliflər paketində qeyd edilir ki, böyük şəhərlərdə əhali üçün "Məğrib" və "İşa" namazları arasında fasilə 2 saata qədər uzadılmalıdır. Axşam qılınan namazlar arasında zaman məsafəsi qısa olduğundan vətəndaşlar işlərini görməkdə çətinlik çəkirlər. Buna görə iki namaz arasındakı fasilənin uzadılması təklif olunub.