header

 Türkiyənin tanınmış təriqət lideri: 1986-cı ildə ABŞ-ın kosmik gəmisini biz yerə saldıq - VİDEO

Türkiyədə təriqətlərlə bağlı ara-sıra məlumatalar veririk

Türkiyənin keçmiş güləş çempionu olan Xəlvəti-Uşşaki təriqətinin rəhbəri Fatih Nurullahın "əlimi öpən cənnətə girəcək", Cübbəli Hocanın da ağıl və məntiqə zidd sözlərini ara-sıra siz izləyicilərimizin diqqətinə çatdırmışdıq. Bəzən təriqətlər arasında qarşıdurmalar da olur, bu da Türkiyə gündəmi üçün artıq adi xəbərlərdən sayılır.

Bu gün təqdim edəcəyimiz xəbər isə, Türkiyə mediasının diqqətini çəkdiyi üçün, saytımızın izləyicilərinə bu xəbəri təqdim edirik.

İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, "Nəqşibəndi" təriqətinin lideri Şeyx Nazım Kibrisinin yerinə gələn, Şeyx Əhməd Yasin Bursəvinin açıqlaması diqqətə səbəb olub. Belə ki, o ABŞ-ın 1986-cıildə kosmosa göndərdiyi kosmik raketin bunlar düşürdüyünü iddia edib.

Bursəvi olayı belə danışır: "Bu Challenger adlı bir kosmik gəmi göyə göndərdilər. O yuxarı qalxdığı anda, həbbənin (red: nəqşibəndilərin zikr halı) içində idik. Bax yazılb o da. Həbbənin içindəydik. Əhməd əmi Xızır əleyhissalamdan yardım istədi. Televiziya yox, hətmənin içindəydik (red: dövrə vurularaq nəqşibəndilərə məxsus zikrlərin söyləndiyi yer). Yuxarı uçanda, Əhməd əmi "niyə partlamadı?", - deyə soruşdu. Səslə danışırdı, Mehmet Emin əmi də dedi ki, "Əhməd narahat olma, boltlarını boşaltdıq, birazdan yerə düşəcək.". "Əmin edirəm ki, saatla yazdıq ora. Dediyi saatda tam saniyəsində yerə düşdüyünü, xəbərlərdə dinlədik. O saatda Challenger partladı."

 Challenger kosmik gəmisi 1986-cı il 28 yanvarda kosmosa göndərilib. Missiyasının ilk dəqiqələrində qəzaya uğrayan kosmik gəminin 7 ekipaj üzvü də, həyatını itirmişdi. Kosmik gəmi Atlantik okenın yaxınlığında, Florida yarımadasının mərkəzi hissəsində baş vermişdi.

Türkiyədə təriqətlərlə bağlı ara-sıra məlumatalar veririk
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 03-11-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap