header

 Aşiqlərin ibadətinin sirri Ustad Füruği (2)

Aşiqlərin ibadətinin sirri Ustad Füruği (2)

Bəziləri cənnət, onun nemətləri və cəhənnəm əzabından qurtulmaq üçün Allaha tacirsayağı ibadət edirlər. Mütəal Allaha öz lütf və mərhəməti üzündən savab və nemət vədəsi vermişdir. Amma məsələyə diqqətlə baxsaq tacirsayağı ibadətin ibadət deyil, günah olduğunu görərik. Mərifət əhlinin bəzilərinin əhvalı barədə deyirlər ki, onlar öz ibadətlərinə, hətta istiğfarlarına görə Allahdan əfv diləyiblər, bağışlanmalarını istəyiblər. Buradan məlum olur ki, onlar çox yüksəyə qalxıblar və yuxarı məqamdan öz əvvəlki əməllərinə baxıblar.

 

İnsan özünə qayıtmalı, özünü tanımalıdır. İnsanın özünü həqiqətən tanıması odur ki, öz vücudundakı yoxsulluğu görsün.

 

İnsan öz varlıqlarına qarşı malikiyyət hiss edir, mənlik onun bütün vücudunu bürümüş, Allahın malını Ona təslim etməmiş, Allahın haqlarını yerinə yetirməmişdir. Ona görə də insan özünə gəlməli, başa düşməlidir ki, hər nə varsa Onundur və biz özümüz də Onun mülküyük.

 

Bir tələbə Ayətullah Pəhləvaninin evinə daxil oldu və uca səslə dedi: - Ağa, ağa başa düşdüm!

 

- Nəyi başa düşdün?

- Başa düşdüm ki, mən qəsbkaram. Müşahidə etdim ki, bütün aləm Allahındır; elm,  həyat, güc və bütün varlıq Onundur. Ondan başqa aləmdə yoxluqdan başqa heç nə yoxdur, bütün fel, sifət və zatlar Onda məhvdir. Yalnız Odur ki, Allahlıq edir. Bundan əvvəl elə güman edirdim ki, bunlar hamısı mənim özümündür. Amma indi başa düşdüm ki, bir ömür qəsbkarcasına yaşamışam.

 

Bu, Həzrət Dostun təcəllisinin təsirindəndir ki, saliki məst edir.

Belə bir hal yarandıqda və aləmin dəmirdən tutmuş insana qədər hər bir zərrəsinin Haqq Taalanın mülkü olduğunu başa düşdükdə, daha cənnət tamahından və cəhənnəmin qorxusundan keçirsən, şükr edən halda Rübubi Zatın qarşısında səcdəyə düşürsən, Haqqın camal, gözəllik və həmd-sənasına diqqət məqamına yetişirsən, ibadətin aşiqcəsinə, şükr edən halda olur. Belə olduqda daha ibadət etməkdən yorulmursan.

Ardı var

 

Aşiqlərin ibadətinin sirri Ustad Füruği (2)
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 02-21-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap