header

 Tramp Ağ evi ruhlardan təmizləmək üçün 40 keşiş dəvət edib

Evangelist keşiş Tramp ailəsi haqqında inanılmaz açıqlamalar verib.

İslaminSesi Dailymail-ə istinadən bildirir ki, Melaniya Tramp Ağ Evin təmizlənməsini tələb edib. Evangelist keşiş Pol Beqli bildirib ki, o nəinki Ağ evin ruhlardan təmizlənməsini, həm də Klinton və Obama dövründən qalma artefaktların və iblisanə əşyaların da oradan çıxarılmasını tələb edib.

 

Pol Beqli evanqelist keşişdir və İndiana ştatında yaşayır. O özünü radioşousu olan "Apokalipssisin gəlişi" adlı proqramın aparıcıdır. Onun dünyanın sonuna yaxın öz nəzəriyyəsi var və proqramında da insanlara bunu çatdırır. O iddia edir ki, dünyamız sirli X planeti tərəfindən məhv ediləcək. Bu yaxınlarda o açıqlama verdi ki, ABŞ-ın birinici xanımı Ağ Evin ruhlardan təmizlənməsini tələb edib.

 

Tramp Ağ Evə 40 keşiş dəvət edib. Pol Beqli bildirir ki, 40 keşişi Ağ Evə buraxan Tramp onlardan yağlarla oranı sürtməyi və dualar etməyi tələb edib. "Sizə deyə bilərəm ki, adamın çatışmazlıqları var, amma inanır ki, ona Tanrı lazımdı. O (Tramp) Tanrıya dualar edir".

 

Daha sonra o iddia edib ki, Klintonlar ailəsinin cadugər həkimləri olub. Onlar bu həkimi Haitidən gətirirlərmiş.

Evangelist keşiş Tramp ailəsi haqqında inanılmaz açıqlamalar verib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 02-21-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap