header

 Aşiqlərin ibadətinin sirri – Ustad Füruği (1)

Aşiqlərin ibadətinin sirri – Ustad Füruği (1)

Hər kəsin əməli onun himmətinin və hər kəsin əsəri onun varlığının güzgüsüdür. Biz danışdıqda sözlərimiz daxilimizin nümayəndəsi olaraq batinimizdə nə toplandığını, canımızın haradan qidalandığınız göstərir. 

 

İnsan dilinin altında gizlənibdir

Bu dil can dərgahına bir pərdədir

(“Məsnəvi mənəvi”, ikinci dəftər, 21-ci bölüm)

 

Ağzımızdan çıxan sözlər bizi dəyərləndirən meyardır və onunla özümüzü tanıya bilərik.

 

İmam Əli (ə) Allahla münacat etdikdə belə deyir: “İlahi! Mən Sənə əzabından qorxduğum və savabına tamahlandığım üçün ibadət etmirəm, Səni ibadətə layiq bildiyim üçün ibadət edirəm!” (“Biharul-ənvar”, c. 67, səh. 197)

 

«مَا عَبَدتُكَ خَوفاً مِن نَارِكَ وَ لَا شَوقاً إِلَ جَنَّتِكَ بَل وَجَدتُكَ أَهلًا لِلعِبَادَةِ فَعَبَدتُكَ»

 

Əlinin (ə) ibadəti tacirsayağı ibadət deyil ki, alış-veriş etsin, cənnət və onun nemətlərinə çatmaq üçün Allaha ibadət etsin. Əli (ə) Sənin Özünü istəyir, Əli (ə) sənin aşiqindir. İnsanın Allah qarşısında tacirsayağı ibadət etməsi nə qədər pisdir.

İnsan bir az yuxarı qalxdıqda nemət və savaba görə etdiyi ibadətlərin nə qədər xoşagəlməz olduğunu başa düşür.

 

O kəs ticarət edir ki, əlində sərmayəsi olsun, amma bizim bir şeyimiz yoxdur. İnsaın özünü dünyada nəyinsə sahibi sanması, mərifətinin azlığı üzündəndir.

 

Bizim nəyimiz vardır ki, Allahla tacirsayağı rəftar edək. Allahla ticarət etmək məqsədilə iş görən şəxs ömür, güc və digər şeylərin özününkü olduğunu düşünür. Amma həqiqət budur:

 

“Qüdrət və güc yalnız uca və əzəmətli Allahdandır.” «لاحول و لا قوۀ الا بالله العلی العظیم»

 

Hər şey Allah tərəfindəndir. İmam Hüseyn (ə) Ərəfə duasında deyir: “Ey mənim mövlam, hansı vasitə ilə Sənin hüzuruna gəlim? Gözüm, əlim, qulağım və dilimləmi, yoxsa, əllərim və ayaqlarımlamı? Bunların hamısını ixtiyarımda qoyduğun halda, onlarla günah etdiyim nemətlər deyilmi? Mənə höət tamamlanmış və işlər mənim əleyhimədir!” (“Bələdul-əmin”, səh. 255)

Hamımız Allahın hüzuruna gedirik, Qiyamət hamı üçün bərpa olacaqdır.

 

“Ey insan! Sən səy göstərib Rəbbinə doğru can atırsan. Sən Onunla görüşəcəksən!” (“İnşiqaq” surəsi, ayə 6)

يا أَيُّهَا اَلإِنسانُ إِنَّكَ كادِحٌ إِل رَبِّكَ كَدحاً فَمُلاقِيهِ

 

Necə olur olsun, hamını Mütəal Allahın məhzərinə aparacaqlar, hansı vəziyyətdə Allahın hüzuruna daxil olacağıq?

 

İmam Hüseyn (ə) Ərəfə duasının bu hissəsində deyir ki, ilahi, Sənin hüzuruna gəlmək istədikdə özümlə nə gətirim? Bədənimin hansı üzvünü dərgahına hədiyyə edim? Əl, ayaq, dil və qulağım bəsdirmi? Halbuki, onları da Sən vermisən və mənim heç nəyim yoxdur. Amma nə qədər pisdir ki, Sənin vediyin bir şeyi mən itaətsizlik və günahda işlətmişəm. 

 

İmamın (ə) sözünün canı budur ki, ilahi, bu nemətlərin hamısı Sənindir və özümün heç nəyim yoxdur, üstəlik, Sən verənləri də qəsbkarcasına işlətmişəm.

 

Hər hansı pis baxış, pis bir söz Allahın malını qəsbkarcasına işlətməkdir.

 

Bunu başa düşdükdə biləcəksən ki, Allahla tacircəsinə rəftar etmək üçün bizim bir şeyimiz yoxdur və özümüzün bir şeyimiz yoxdur ki, onu verib Allahdan nəyisə alaq.

İlahi, həqiqətləri iddia olan kəsin, necə iddiası iddia olmaya?!

 

«الهی مَن كَانَت حَقَائِقُهُ‏ دَعَاوِيَ‏ فَكَيفَ لَا تَكُونُ دَعَاوِيهِ دَعَاوِي‏»

 

Bizim varlığımız varlıq deyil, biz heçik

Biz varlıqnüma yoxlarıq

Sən faninüma mütləq varlıqsan

Aşiqlərin ibadətinin sirri – Ustad Füruği (1)
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 02-19-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap