header

 Səudiyyə Ərəbistanında diskotekalar açılıb - VİDEO

Daim əsl İslamın Səudiyyə Ərəbistanında olduğunu iddia edən vəhabi şeyxləri uzu illər tətbiq etdikləri radikal xətdən imtina etməyə başlayıblar.

FaktXəbər-in məlumatına görə, ilk öncə qadınlara qoyulan avtomobil sürmək qadağası ləğv edildi. Daha sonra isə seçkilərdə iştirak qadağası. 

Qeyd edək ki, bu ləğv edilən qadağaların heç birinin İslamla əlaqəsi yoxdur və sözügedən qadağalar sırf vəhabi əqidəsinin məhsuludur.

Amma Səudiyyə Ərəbistanında daha bir qadağa ləğv olunub. Hansı ki, İslam qaydaları ilə tamamilə ziddiyyət təşkil edir. Kral Salmanın oğlu, hazırda Səudiyyə Ərəbistanının faktiki rəhbərliyini edən Məhəmməd bin Salman diskotekalara və gecə klublarına da icazə verib.

"Hureyaksa" adlı Twitter istifadəçisi bildirir ki, sarayın düz yaxınlığında gecə klubları və diskotekalar fəaliyyət göstərir.

Xatırladaq ki, Səudiyyə Ərəbistanında tətbiq edilən qadağalar ABŞ prezidenti Donald Trampın krallığa səfərindən sonra ləğv edilməyə başlayıb. Trampın səfəri zamanı Səudiyyədə ilk dəfə olaraq  başıaçıq qız uşaqları aeroportda ABŞ prezidentini qarşılamışdılar. Bundan əlavə, Trampın evli olan qızı İvanka Trampa şahzadələrdən biri evlilik təklif etmişdi. Hansı ki, Səudiyyədə bu cür addımın cəzası edamdır.

Daim əsl İslamın Səudiyyə Ərəbistanında olduğunu iddia edən vəhabi şeyxləri uzu illər tətbiq etdikləri radikal xətdən imtina etməyə başlayıblar.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 02-19-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap