header

 Bəhreyn vətəndaşlarının aksiyalarının yeni etapı başlanıb

14 Fevral İnqilabının 7-ci ildönümü münasibəti ilə Bəhreyn vətəndaşlarının dinc etiraz aksiyaları və fəaliyyətlərinin ikinci etapı çərşənbə günü günortadan sonra müxtəlif bölgələrdə başlayıb.

İRİB-in məlumatına görə, Bəhreyn vətəndaşları bu aksiyaların ikinci etapında etiraz nişanələrindən olan od yandırmaq və qatı tüstü yaratmaqdan əlavə, yolları da bağlayıblar. 

Bəhreyndə etiraz aksiyalarının başlanması ilə yanaşı, Ali-Xəlifənin təhlükəsizlik qüvvələri müxtəlif bölgələrdə vətəndaşlar və inqilabçılarla toqquşub, aksiyanı dağıtmaq üçün gözyaşardıcı qazlarla kifayətlənməyib, silahla müdaxilə ediblər. 

14 fevral Bəhreyn xalqının inqilabının başlandığını xatırladır. Mirvari İnqilabı adlı Bəhreyn xalqının inqilabından yeddi il ötür. Xalq Ali-Xəlifə rejiminin iqtidardan getməsini tələb edir.

 

Bəhreyn 14 fevral 2011-ci ildən Ali-Xəlifə rejiminə qarşı xalq inqilabının şahididir. Bəhreyn xalqı azadlıq, ədalətin bərpa olunması, ayrı-seçkiliyin aradan qaldırılması və seçilmiş hökumətin iqtidara gəlməsini istəyir. 

14 Fevral İnqilabının 7-ci ildönümü münasibəti ilə Bəhreyn vətəndaşlarının dinc etiraz aksiyaları və fəaliyyətlərinin ikinci etapı çərşənbə günü günortadan sonra müxtəlif bölgələrdə başlayıb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 02-15-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap