header

 Alparslan Kuytul qapalı həbsxanaya köçürüldü

Bir neçə gün öncə həbs olunmuş Türkiyənin tanınmış sünni alimi Alparslan Kuytul və tərəfdarlarının həbsxanaları dəyişdirilib

İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, bir neçə gün öncə həbs olunmuş Türkiyənin tanınmış sünni alimi, "Furqan" təşkilatının təsisçisi və sədri Alparslan Kuytul və tərəfdarlarının həbsxanaları dəyişdirilib.

Məlumata görə, Kuytul Bolu Qapalı Həbsxanasına, iki tərəfdarı isə İzmir Həbsxanasına göndəriliblər. Digər tərəfdarlarının da baqa şəhərlərdəki cəzaevlərinə göndərildiyi mediaya bildirilib.

Qeyd edək ki, bir neçə gün öncə Alparslan Kuytul və tərəfdarları məhkəmə önünə çıxarılıblar. Onlar Adana Prokurorunun "vəqf, icma fəaliyyəti adı altında təsis etmə hədəflərinə zidd, Konstutusiyaya qarşı fikir və hərəkət birliyi içində addım ataraq ictimai təhlükəsizliyə qarşı fəaliyyət etmək və cinayətkar qruplaşma" ittihamı ilə məhkəməyə təqdim edilib və məhkəmə bütün təşkilat üzvləri haqqında həbs-qətiimkan tədbiri seçilməsi haqqında qərar çıxarıb.

Xatırladaq ki, bir neçə ildir Kuytul AKP hökümətinin siyasətini sərt tənqid etməkdə idi. Onun məhz Türk Ordusunun birbaşa Ərdoğanın əmrilə həyata keçirlən Suriya ərazisindəki kürd terrorçularına qarşı Afrin əməliyyatı ilə bağlı açıqlamasına görə, hədəfə tuş gəldiyi qeyd edilir. Kuytul Türk Ordusunun bu bölgədə oyuna gətiriləcəyini açıqlamışdı.

Bir neçə gün öncə həbs olunmuş Türkiyənin tanınmış sünni alimi Alparslan Kuytul və tərəfdarlarının həbsxanaları dəyişdirilib
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 02-13-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap