header

 Rusiya: ABŞ-ın Qüds barədə addımı yersizdir

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya Birləşmiş Ştatlar prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıması barədə qərarını yersiz adlandırıb.

FaktXəbər bildirir ki, bu barədə RİA Novosti xəbər verib.

"Fikrimizcə, bu qərar Yaxın Şərqdə problemlərə açar rolunu oynayan Fələstin-İsrail münaqişəsinin nizamlanmasında irəliləyişə səbəb olmayacaq. Fələstinlilər hesab edirlər ki, onları satıblar", - Nebenzya deyib.

O əlavə edib ki, fələstinlilərin artıq ABŞ-a etibarı yoxdur və hesab etmirlər ki, Vaşinqton Yaxın Şərq münaqişəsinin nizamlanması üzrə işlək plan təklif edə bilər.

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya Birləşmiş Ştatlar prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıması barədə qərarını yersiz adlandırıb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 02-10-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap