header

 İslam aləmində əzalı Fatimiyyə günləri başlayır

Bu günlər Fatimətuz-Zəhranın (s.ə) əzadarlıq günləridir.

Xanım Fatimə (s.ə) bütün müsəlman ümmətinin baş tacı, göz nurudur. Hər kəs o Xanımı (s.ə) böyük ehtiramla yad edir. Həmçinin Xanım (s.ə) Allah Rəsulundan (s) sonra sağ qalmış yeganə övladıdır. Bütün 12 imam (ə) və imamzadələr o Xanımın (s.ə) soyundandır.

 

Xanımın (s.ə) məzar yeri məlum deyil. O dövürdə məlum çəkişmələr və siyasi böhranlar səbəbi ilə İmam Əli (ə), övladları (ə) və yaxın dostları Xanımı (s.ə) gecə gizli şəkildə dəfn edirlər. Bu səbəbdən Xanım Zəhranın (s.ə) məzar yeri və vəfat tarixi dəqiq məlum deyil.

 

Xanımın (s.ə) vəfat günü ilə bağlı əsas iki tarixi gün qeyd edilir. Bir mənbədə Xanımın (s.ə) şəhadəti Allah Rəsulunun (s) vəfatından 75 gün sonra, digər bir mənbədə isə 95 gün qeyd olunur. Belə olduqda Xanımın (s.ə) şəhadəti ya cəmadul-əvvəlin 13-nə və ya cəmadius-saninin 3-nə təsadüf edir.

 

Bu səbəbdən müsəlmanlar bu iki gün arasında olan 20  günü “Əyyami Fatimə” günləri kimi qeyd edir.

 

Bu 20 gün müsəlmanlar üçün əzalı Fatimiyyə günləri hesab olunur və bu günlərdə Xanım Fatiməyə (s.ə) əzadarlıq məclisləri təşkil olunur.

 

Yaşar Nuriyev/İslaminSesi

Bu günlər Fatimətuz-Zəhranın (s.ə) əzadarlıq günləridir.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 01-31-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap