Alparslan Kuytul Hocaefendi'nin sevenleri destek olmak için Hocaefendi'nin gözaltına alındığı şubenin etrafında toplandı.#AlparslanKuytulHocamYanındayız
Türkiyənin tanınmış sünni alimi Alparslan Kuytul və tərəfdarları həbs olundu - FOTO - SƏBƏB
Posted on : Türkiyə 01/30/2018
Türkiyənin tanınmış sünni alimi Alparslan Kuytul və tərəfdarları bu gün səhər saatlarında həyata keçirilən əməliyyat nəticəsində həbs olunublar
İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyənin tanınmış sünni alimi Alparslan Kuytul və tərəfdarları bu gün səhər yerli vaxtla 06:30-da həyata keçirilən əməliyyat nəticəsində həbs olunublar. İlkin məlumatlara görə, onlara qarşı cinayətkar qruplaşma ittihamları irəli sürülüb.
Əməliyyat Adana şəhərində "Furqan" təşkilatının binası və evlərdə həyata keçirilib. Əməliyyatda xüsusi təyinatlılar iştirak edib. Xatırladaq ki, Kuytul Ərdoğanın siyasətini tənqid edən yeganə sünni alimlərdən sayılır. O sünni-şi müharibsinin yaradılmasına qarşı çıxmış, hökümətyönlü medianın iddiasına görə, Afrin əməliyyatlarını da tənqid etmişdi. Lakin yayılmış videoda onun Afrin əməliyyatlarının şişirdilməsinə qarşı çıxdığını bildirib.
Kuytul açıqlamasında "Bu məsələ elə şişirdilir ki, sanki Romanı fəth etməyə gedirik. Orada nə qədər adam varki? Bir neçə minlik ordu var. Sanki yüz minlik ordu ilə döyüşməyə gedirik.", - deyə qeyd etmişdi.
Ötən ilin aprel ayında geniş əməliyyatlar keçirilmiş, daha sonra saxlanılanlar sərbəst buraxılmışdı - ətraflı.
Qeyd edək ki, Alparslan Kuytulun tərəfdarları alimlərinin saxlanıldığı idarənin qarşısına toplaşıblar.