header

 Xanım Fatiməi Zəhranın (s) Adına İhtaf Olunub.

 Elşən Xəzərin Xanım Fatiməi Zəhranın (s) Məscidinin müdafiəsi üçün yazdığı şer

Azərbaycanın tanınmış Əhli Beyt şairi Hacı Elşən Xəzər Xanım Fatimeyi Zəhra (səlamullahi əleyha) adına Məscidinin müdafiəsi üçün yeni şer yazıblar.

Şüəra,həqqi desəz çox, buna mö'tad eliyərsiz

Ucalıb ad eliyərsiz

 

Bə'zi əsrari Xudaya dili miqlad eliyərsiz

Sözü işhad eliyərsiz

Gecə yarı, yenə təb'im oyanıb yandı alışdı

Dil açıb sanki danışdı

 

Məni dilləndire təb'im sey edib xeyli çalışdı

Bir-iki sözdə soruşdu

 

Dedi kimnən nə yazırsan, de görüm bəlkə tanışdı

Əsəbindən hələ coşdu

 

Bu Xanım Fatimədəndir dedim, irad eliyərsiz?

Ya ki imdad eliyərsiz?

Dedi: gel mən sənə bir babi müəmmanı açım yaz

Sözü irfani açım yaz

 

Hünərin var? Sənə hikmət dolu dəryanı açım yaz

Dəri rizvanı açım yaz

 

Sənə günbəzsiz olan məsçidi Zəhranı açım yaz

Qəmi TAHAnı açım yaz

 

Aradan getsə o məsçid bir ömür dad eliyərsiz

Bəli fəryad eliyərsiz

O məscid güşeyi cənnət yer üzündə gərək olsun

Ona hərdəm kömək olsun

 

Məsçid inşa edilib dörd tərəfi gül çiçək olsun

Yəni baği fədək olsun

 

Xanımın ismi şərifi o məkançün bəzək olsun

Sizə arxa dirək olsun

 

Nə zaman ki, xanımın məsçidin abad eliyərsiz

Xanımı şad eliyərsiz

Kor olan gözləri i'man gətirənlər belə söksün

Suda ki, lil dibə çöksün

 

Hərə məsçid həyətində bir ağac şaxəsi əksin

Dibinə göz yaşı töksün

 

Sora illərlə onun zəhmətini tək özü çəksin

Əməlin ixlasa büksün

 

Belə olduqda xeyir işləri muzdad eliyərsiz

Əsir azad eliyərsiz

Bu əsirlikdə ki məsçid çoxunu etdi müsəlman

Yəni ki, sahibi i'man

 

O müsəlmanlara Zəhra xanımın qəbridi pünhan

O qərib qəbrine qurban

 

Bura gəldikdə ziyarət edirəm mən səni hər an

Bu olur dərdimə dərman

 

Bunu sizdə bilirəm qəlbidə i'cad eliyərsiz

Kini ib'ad eliyərsiz

Məsçidin həm içi həm də çölü möminlərə vacib

Eləyin pis günə tərtib

 

Qoruyan səngəri İslami, edən düşməni təkzib

Alacaq əcrini təyyib

 

Ona ehsen deyər Elşen, Əli ibni Əbu Talib

Olacaq düşmənə qalib

 

Əkilən şaxəni i'manilə şümşad eliyərsiz

Məni irşad eliyərsiz

Hacı Elşən Xəzər

 

Azərbaycanın tanınmış Əhli Beyt şairi Hacı Elşən Xəzər Xanım Fatimeyi Zəhra (səlamullahi əleyha) adına Məscidinin müdafiəsi üçün yeni şer yazıblar.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 01-20-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap