header

 Kövsər surəsi və onun nazil olma səbəbi

(Ya Peyğəmbər!) Həqiqətən, Biz sənə Kövsəri bəxş etdik! (Kövsər-1)

 Kövsər surəsi Quranin 108-ci surəsidir və demək olarki, həcmcə ən kiçik surədir. Məkkədə nazil olan surələrdəndir və “Kövsər” adlanmağının səbəbi birinci dəfə cənnətdəki Kövsər hovuzunun adı bu surədə çəkilir.

 

Təfsirçilər Kövsərə müxtəlif mənalar vermiş, onu behşitdə bir hovuza, Qurana, nübuvvətə, qiyamətdə şəfaətə və başqa nisbət vermişlər.

 

Surənin nazil olma səbəbində qeyd olunur ki, Hz.Peyğəmbər (s) məscidul-Hərəmdən gələndə As ibn Vaillə rastlaşır. İbn Vail peyğəmbərə (s) suallar verir, peyğəmbər də (s) onun suallarını cavablandırır. Məscidul-Hərama geri qayıdanda ibn Vaildən soruşurlar: Harda idin, kimlə danışırdın?

İbn Vail peyğəmbəri (s) göstərib deyir: Bu əbtər kişi ilə! (Əbtər ərəblər oğlu olmayana, nəsli davam etməyənə deyirdilər).

 

Bu zaman Kövsər surəsi nazil olur və Allah Təala peyğəmbəri “Kövsərlə” müjdələyir, həmən düşmənin özün “əbtər” adlandırır:

 

(Ya Peyğəmbər!) Həqiqətən, Biz sənə Kövsər (Cənnətdəki Kövsər irmağını və ya bol nemət, yaxud Quran, peyğəmbərlik) bəxş etdik!

 

Ona görə də (bu nemətlərə şükür edərək) Rəbbin üçün namaz qıl və qurban kəs!

 

(Ya Peyğəmbər! Oğlun Qasım, yaxud İbrahim vəfat etdiyi zaman sənə sonsuz, arxası kəsik, nəsli kəsilmiş deyən) sənin düşməninin (As ibn Vailin) özü sonsuzdur! (Sənin nəslin qiyamətə qədər törəyib artacaq, adına isə həmişə rəhmət oxunacaqdır!).   

(Kövsər surəsi)

 

Allah Təala İslam Peyğəmbərinin (s) çəkdiyi zəhmətlər müqabilində o Həzrətin (s) mübarək adını və gətirdiyi “yolu” qiyamətə qədər daim edəcək, sonuncu din olaraq İslam dini yer üzündə hakim olacaqdır. Həmçinin qiyamətə qədər o Həzrətin adı çəkildikdə pak ruhuna salam və salavat deyiləcəkdir:

 

“Həqiqətən, Allah və Onun mələkləri Peyğəmbərə salavat göndərirlər (xeyir-dua verirlər). Ey iman gətirənlər! Siz də ona salavat göndərib (onun üçün salavat deyib) layiqincə salamlayın!(Allahümmə səlli əla Muhəmmədin və ali Muhəmməd; əssəlamu əleykə əyyuhənnəbi və rəhmətullahi və bərəkətuhu–deyin!)”  (Əhzab-56)

 

Yaşar Nuriyev

(Ya Peyğəmbər!) Həqiqətən, Biz sənə Kövsəri bəxş etdik! (Kövsər-1)
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 01-15-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap