header

 Afrika sahilində "Səhra İŞİD"i mövcudluğunu elan edib

İraq və Suriyada İŞİD-in məhv edilməsindən sonra Afrika sahilində fəaliyyət göstərən ifratçı qruplar "Səhra İŞİD"i adı altında bir koalisiya yaratmalarından xəbər veriblər.

Əl-Hədəs telekanalının verdiyi məlumata görə, 5 Afrika sahili ölkəsinin müştərək qüvvələri ilə qarşılaşmağı qarşıya məqsəd qoyduğunu bildirən bu yeni qrup Mali, Burkinafaso və Niger arasındakı sərhəd üçbucağında ifratçı qrupların toplantısının məhsulu olub. 

Bu terrorçu qrup Mali, Niger, Mavritaniya, Çad və Burkinafasonun müştərək qüvvələrinin sahil bölgəsində təmərküzləşməsinə mane olmağı planlaşdırır. 

Deyilənlərə görə, Səhra İŞİD-nə Ədnan Əbül-Vəlid Əssəhravi adlı birisi başçılıq edir. O Afrika sahilində terror əməliyyatlarının əsas amilidir. 

O həmçinin Malidə Fransa qüvvələrinə qarşı son əməliyyatın eləcə də oktyabrda Nigerdə törədilən terror aktının əsas planlaşdıranıdır. 

İraq və Suriyada İŞİD-in məhv edilməsindən sonra Afrika sahilində fəaliyyət göstərən ifratçı qruplar "Səhra İŞİD"i adı altında bir koalisiya yaratmalarından xəbər veriblər.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 01-15-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap