header

 Sionistlər Azərbaycan hərbçilərinə döyüş fənləri öyrədirlər

Bakıda sionist rejim hərbçilərinin Krav Maqay məşqçisi Azərbaycan Respublikası hərbçilərinə təlimat keçməkdədir.

Azərbvaycan Respublikasının rəsmi xəbər agentliyi AzərTac bildirib ki, sionist rejim ordusu və bu rejimin agentlərinə məxsus döyüş sahəsi və fərdi müdafiə məharəti olan Krav Maqay təlimat seminarı bu sahənin tanınmış məşqçisi Viktor Rabayevin iştirakı ilə Bakıda keçirilib. 

Viktor Rabeyev ilə Azərbayacnın kata milli komandasının baş məşqçisi və müxtəlif döyüş idmanlarının məşqçisi olan Vahid Eyvazovun müşayiəti ilə keçirilən bu seminarda Azərbaycanın karate və digər döyüş idman növbəti məşqçiləri də iştirak ediblər. 

Azərbaycan Respublikası karate üzrə milli federasiyasının verdiyi məlumata görə, Viktor Rabayev soyuq silahlardan istifadə və müxtəlif növlü fərdi müdafiə sahələrindəki təcrübələrini iştirakçılarla bölüşüb. 

Azərbaycan Respublikasının peşəkar döyüşlər cəmiyyətinin sədri Yaşar Bəşirov israilli qonağın yenidən Bakıya səfərinə görə ona öz təşəkkürünü bildirib. 

Yaşar Bəşirov bu seminarın keçirilməsinin Azərbaycan və sionist rejim arasında əməkdaşlıq və dostluğun göstəricisi olduğunu deyib. 

Viktor Rabeyev də onun Bakıya dəvət edilməsinə görə öz təşəkkürünü bildirərək deyib: Mən Bakıda özümü vətənimdəki kimi hiss edirəm və döyüş idman növləri barədə biliklərimi azərbaycanlı həmkarlarımla bölüşmək üçün həmişə hazıram. 

Bu seminarda iştirakçılara kursun bitirilməsi üzrə diplom verilib. 

Bu döyüş idmanları növündə xayalara təpik, dirsəklə ağıza zərbə və barmaqların gözə soxulması kimi fənlər təlim edilir. 

Bakıda sionist rejim hərbçilərinin Krav Maqay məşqçisi Azərbaycan Respublikası hərbçilərinə təlimat keçməkdədir.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 01-15-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap