header

 Kərbəla ensiklopediyası təqdim olunub

Ensiklopediyanın hazırlanmasında İraq, Türkiyə, İran və digər ölkələrin universitetlərindən 150 alim iştirak edi

İmam Hüseynin (ə) müqəddəs hərəminə bağlı “Kərbəla” təhqiqat mərkəzi  müqəddəs şəhərin tarixi və mədəniyyətinə dair ilk  ensiklopediya hazırlayıb. 
 
Maide.Az “İQNA”-a istinadən xəbər verir ki,  ensiklopediyanın təqdimat mərasimi  ötən gün Kərbəla şəhərində  bir qrup tədqiqatçı, mədəniyyət işçisi və universitet müəlliminin iştirakı ilə keçirilib. 
 
Təhqiqat mərkəzinin baş direktoru Əbdül-Əmir Qüreyşi deyib ki,  ensiklopediyada  müqəddəs Kərbəla şəhərinin tarixi haqqında -  İslamdan öncə ilk yarandığın gündən indiki dövrə kimi – məlumat yerləşdirilib. 
 
Onun sözlərinə görə,  ensiklopediya 100 hissədən ibarətdir ki, indiyədək 40 hissəsi çap olunub. “Ensiklopediyada  müqəddəs şəhərin  tarixi (qədim və müasir),  coğrafiyası,  ictimai, siyasi və iqtisadi  hadisələri, eləcə də  burada baş verən önəmli hadisələr haqqında məlumat yer alıb. Bundan başqa Kərbəlada qədim peşələr,  atalar sözləri,  geyimlər və əhalinin gündəlik həyat tərzi  ensiklopediyanın digər mövzularıdır.”
 
Qeyd edək ki, ensiklopediyanın hazırlanmasında  İraq, Türkiyə, İran və digər ölkələrin universitetlərindən  150 alim iştirak edib.
Ensiklopediyanın hazırlanmasında İraq, Türkiyə, İran və digər ölkələrin universitetlərindən 150 alim iştirak edi
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 01-15-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap