header

 Ər-Riyadda aksiya; xalq Ali-Səudun siyasətlərinə etiraz edir

Ərəbistanın paytaxtı Ər-Riyad şəhəri ötən 24 saatda vəliəhd Məhəmməd bin Salmanın iqtisadiyyatla bağlı siyasətlərinə etiraz aksiyiasının şahidi olub.

İSNA xəbər agentliyinin verdiyi məlumata görə, Ərəbistan kralının sarayına yaxın ərazidəki prospektlərdə bir araya gələn yüzlərlə nəfər vergilərin artırılması və güzəştlərin ləğv edilməsinə etiraz edib.

Bu arada Ərəbistanın təhlükəsizlik qüvvələri vəliəhd Məhəmməd bin Salmanın göstərişi əsasında şahzadələr Türki bin Məhəmməd bin Səud Əl-Kəbir və Bəndər bin Məhəmməd bin Səud Əl-Kəbiri həbs ediblər.

Bu şahzadələr Əl-Mərai və Mariott şirkətlər qrupunun sahibi Sultan bin Məhəmmədə öz əmlakından və mal varlığından imtina etməsi üçün daha artıq təzyiq göstərmək məqsədi ilə həbs ediliblər.

Bəzi məlumatlara görə, Ərəbistanın təhlükəsizlik qüvvələri ilə Səud Əl-Kəbir şahzadələri arasında toqquşma baş verib. Bunun ardınca tanınmış şahzadələr Naif, Səud bin Məhəmməd və Əbdüləziz bin Salman bin Məhəmməd də həbs edilib.

 

Ərəbistanın paytaxtı Ər-Riyad şəhəri ötən 24 saatda vəliəhd Məhəmməd bin Salmanın iqtisadiyyatla bağlı siyasətlərinə etiraz aksiyiasının şahidi olub.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 01-07-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap