Nyu Yorkda Təmimiyə dəstək aksiyası keçirilib - FOTO
Posted on : Digər sahələr 01/06/2018
Nyu Yorkda yüzlərlə insan İsrail rejiminin 10 gündən çoxdur həbsdə saxladığı Fələstinin simvoluna çevrilmiş "Hənzələ Cəsarət Mükafatı" sahibi 16 yaşlı Ahed ət-Təmiminin (16) azad edilməsi üçün aksiya keçirib.
FaktXəbər-in məlumatına görə, amerikalı müsəlmanlar və Fələstin tərəfdarı olan amerikalılardan ibarət aksiya iştirakçıları etirazlarını şəhərin ən önəmli bölgələrindən olan "Grand Central Terminal"da ediblər.
Əllərində "Ahed Təmimi azad edildin", "ABŞ-ın İsrailə yardımları kəsilsin", "Ahed Təmimi və bütün siyasi məhkumlar azad edilsin", "Fələstinli uşaqları oğurlamaqdan əl çəkin", "Qüds Fələstinin paytaxtıdır" yazılmış plakatlar qaldıran nümayişçilər, ABŞ və İsrail rəhbərlikləri əleyhinə şüarlar da səsləndiriblər.
Aksiyanın təşkilatçıları tərəfindən verilən bəyanatda isə İsrailin qeyri-qanuni olaraq Təmimini həbsdə saxladığı və fələstinli cəsur qızın ailəsindən İsrail əsgərləri tərəfindən öldürülən şəxslərlə bağlı məlumatlara yer verilib.