Putin Suriyaya səfər edib - VİDEO
Posted on : Digər sahələr 12/11/2017
Rusiya prezidenti Vladimir Putin bazar ertəsi günü Suriyada Rusiyanın Hmeymim aviabazasına gedib.
FaktXeber.com-un məlumatına görə, bu barədə «İnterfaks» xəbər yayıb.
Aviabazada Rusiya dövlət başçısını Suriya prezidenti Bəşər Əsəd, RF müdafiə naziri Serqey Şoyqu və Rusiya hərbi qrupunun komandanı Serqey Surovkin qarşılayıb.
TASS-ın məlumatına görə, Putin Rusiya qoşunlarının Suriyadan çıxarılması barədə göstəriş verib.
Qeyd edək ki, bundan əvvəl Kremldən bildirilmişdi ki, Rusiya lideri Misir və Türkiyəni ziyarət edəcək.
Misir prezidenti Əbdülfəttah əs-Sisi ilə siyasi, ticari-iqtisadi, energetika və humanitar sferalarda Rusiya-Misir əlaqələrinin inkişafı müzakirə olunacaq.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana gəlincə isə Putin 2 aydan da az müddətdə artıq 4-cü dəfə görüşəcək.