header

 İran ABŞ-a nota verdi

İran ABŞ-a nota verdi

Amerikada 25 yaşlı iranlı Bijən Qeysərinin ABŞ polisi tərəfindən öldürülməsi İranda ciddi etiraza səbəb olub. Ötən həftə B.Qeysəri Nyu-Yorkda polis tərəfindən başından tapança ilə vurularaq öldürülüb.

FaktXəbər-in İRİB-ə istinadən məlumatına görə, dekabrın 5-də İranın Xarici İşlər Nazirliyi ABŞ-a not verib. İran XİN-nin rəsmi nümayəndəsi Bəhram Qaseminin sözlərinə görə, nota İsveçrənin İrandakı səfirinə təqdim edilib. Notada İran tərəfi hadisənin ciddi şəkildə araşdırılmasını, günahkarların cəzalandırılmasını və B.Qeysərinin ailəsinə kompensasiya verilməsini tələb edib.

Xatırladaq ki, İran ilə ABŞ-ın diplomatik əlaqələri olmadığı üçün İsveçrənin Tehrandakı səfirliyi rəsmi Vaşinqtonun maraqlarının müdafiəçisi qismində də fəaliyyət göstərir. İranın ABŞ-dakı maraqlarının müdafiəçisi isə Pakistan səfirliyidir.

İran ABŞ-a nota verdi
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 12-05-2017
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap