header

 Ərdoğan: NATO İslamı düşmən kimi göstərmək istəyir!

Türkiyə Prezidenti son hadisələri şərh edib.

İslamazeri.com-un rus mediasına istinadən verdiyi xəbərə əsasən, Türkiyə, İslam və türk dünyasının “çirkablara bulaşdırılması” istiqamətindəki istənilən cəhdlərə mane olmalıdır  Bu haqda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO ilə bağlı son qalmaqalı şərh edərkən bildirib.

Türkiyə liderinin fikrincə, alyansın həqiqi məqsədi İslam və türk millətini “düşmən kimi göstərməkdir”.

Xatırladaq ki, Norveçdə keçirilən NATO təlimləri zamanı səsküylü qalmaqal baş verib. Belə ki, stolüstü sxemdə şərti düşmənlərdən biri kimi Mustafa Kəmal Atatürkün heykəlinin və Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğanın şəkilləri yerləşdirilib.

Bundan sonra NATO Baş katibi Yens Stoltenberq rəsmi şəkildə Türkiyədən üzr istəyib, lakin türkiyəli lider bunu qəbul etməyərək, təlimlərdəki ölkə hərbçilərini geri çağırıb.

Türkiyə Prezidenti son hadisələri şərh edib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 11-20-2017
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap