Əhli-sünnə din xadimləri İmam Rzanın (ə) məzarına doğru piyada yola düşüblər
Posted on : iran 11/16/2017
Səfər ayının sonuna bir neçə gün qaldıqda müxtəlif bölgələrdən Məşhəd şəhəri istiqamətdə zəvvarların piyada yürüşü başlayır.
İslaminSesi.info xəbər verir ki, bu gün səfər ayının 27-dir. Sabah səfərin 28-i Məhəmməd Peyğəmbərin (s) vəfatı və İmam Həsənin şəhid edilən günüdür. Ayın sonu yəni 30-u isə məzarı Məşhəddə olan İmam Rzanın şəhadət günüdür.
İmam Rza aşiqləri səfərin sonuna bir neçə gün qalmış piyada olaraq Məşhədə doğru yürüş edirlər.
İranın əhli-sünnə yaşayan əyalətlərindən bəzi inanclılar da belə günlərdə piyada olaraq İmam Rzanın məzarına piyada yürüş edirlər.
Həmin mənəvi görüntüləri təqdim edirik:
FOTOLAR: