Bakıda iranlı tələbəni qarət etdilər
Posted on : iran 11/07/2017
Bakıda iranlı tələbə qarət olunub.
paytaxtın Yasamal rayonunda kirayədə yaşayan İran İslam Respublikasının vətəndaşı Afsaryan Seyidsübhan Seyidhaşim polisə müraciət edərək yaşadığı evdən 5 min manat pul və 5 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Afsaryan Seyidsübhan Seyidhaşim Azərbaycan Milli Konservatoriyasının tələbəsidir.