Nəcəf və Kərbəla şəhərlərində zəvvarlara layiqincə xidmət göstərilir
Posted on : iran 11/05/2017
Tehranın İH-nin şəhər xidmətləri idarəsinin müavini qeyd etdi ki, Nəcəf və Kərbəla şəhərlərində zəvvarlara edilən xidmətlər bu iki şəhərin məsullarının birgə əlaqələri ilə həyata keçirilir.
Tashaio.com - Müctəba Yəzdani vurğuladı ki, həyata keçirilən proqramlara əsasən zəvvarlara göstərilən xidmətlərin məsuliyyətinin əsas hissəsi Kərbəla və Nəcəf şəhərlərinin İH-nin üzərindədir və Tehran İcra Hakimiyyəti də öz növbəsində Ərbəin zəvvarlarına xidmət göstərməkdə bu iki şəhərin İH-nə kömək edəcəkdir.
O, həmçinin Tehran İH-nin Kərbəla və Nəcəf şəhərlərində zəvvarlara xidmət etdiyinə görə fəxr etdiyinə işarə edərək qeyd etdi ki, buna görə də İraq məsullarına öz təşəkkürümüzü bildiririk və həmçinin Kərbəla və Nəcəf şəhərlərinin İH başçıları Tehran İH-nin işçilərinə zəvvarlara xidmət etmək üçün şərait yaratmaqda gözəl və səmimi şəkildə həmkarlıq etmələri təqdirə layiqdir.
Müctəba Yəzdani sözünün davamında Tehran İH-dən ikinci bir qrupun Nəcəf və Kərbəla şəhərlərinə ezam olunduqlarını vurğuladı və bildirdi ki, Tehran İH-dən 1000 nəfər İraqa ezam olunub ki, onlardan 600 nəfəri Kərbəla şəhərinə, 400 nəfəri isə Nəcəf şəhərinə ezam olunub.