header

 Türkiyə parlamenti: ABŞ-ın Türkiyədə 50 nüvə silahı var

Türkiyə parlamenti: ABŞ-ın Türkiyədə 50 nüvə silahı var

FaktXəbər-in "Sputnik"ə istinadən verdiyi məlumata görə, ABŞ ilə Şimali Koreya arasında nüvə silahı mövzusunda gərginliyin davam etdiyi bir vaxtda Türkiyə Böyük Millət Məclisi (TBMM) dünyada nüvə silahlarının sayı barədə araşdırma aparıb. TBMM-in açıqladığı rəqəmlərə əsasən, ABŞ-ın Türkiyə də daxil olmaqla, beş NATO ölkəsində  (Belçika, Almaniya, İtaliya və Hollandiya) 150 nüvə silahı var. 

Türkiyə parlamentinin Araşdırma Xidmətlər Bürosu "Nüvə Silahlarına Dair Faktlar" başlıqlı hesabatda göstərib ki, 2017-ci ilin iyuluna qədər 14 ölkənin 107 poliqonunda 15 minə yaxın nüvə silah saxlanılır. Nüvə silahlarının təxminən 9 min 400-ü hərbi məqsədlər üçün nəzərdə tutulub.

Dünyada nüvə silahlarının böyük bir qismi (93 faiz) Rusiya və ABŞ-ın payına düşsə də, İngiltərə, Fransa, Çin, İsrail, Hindistan, Pakistan və Şimali Koreya da kütləvi qırğın silahlarına malikdir. 

Hesabatda həmçinin qeyd olunub ki, Rusiyanın hazırda 7 min, ABŞ-ın 6800, Fransanın 300, Çinin 260, İngiltərənin 215, Pakistanın 130, Hindistanın 120, İsrailin 80, Şimali Koreyanın isə 10 ədəd nüvə silahı var.

Türkiyə parlamenti: ABŞ-ın Türkiyədə 50 nüvə silahı var
Admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10-31-2017
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap