ABŞ İŞİD-İ İRAN VƏ İSLAM İNQİLABINI MƏHV ETMƏK ÜÇÜN YARATDI
Posted on : Təhlil 10/16/2017 12:59:37 PM
İranın ABŞ-dakı müvəqqəti işlər üzrə vəkili Mehdi Afiyət İŞİD-in regionda yaranması və formalaşması səbəbini açıqlayıb:
Şübhəsiz bu məsələdə əsas səbəbkar ABŞ və İsraildir. Onlar İslam dünyasına zərbə vura bilmədikləri üçün siyasətlərini dəyişdilər və müsəlman dünyasının içərisində müxtəlif təfriqələr salmağa çalışdılar.
Bu problemin həlli müsəlmanların birliyi və vəhdətindən keçir. İŞİD-in cinayətləri biabırcı və iyrəncdir. Onların hərəkətləri nəinki müsəlman dünyasında, heç bir cəmiyyətdə belə qəbul olunmur.
Afiyət bu haqda ABNA agentliyinə verdiyi müsahibəsində bildirib. O, həmçinin qeyd edib ki, terrorçu qruplar və təkfirçilər neftin dollarları ilə çox qısa zamanda uğur əldə edə bilərlər:
Amerika İranla hərbi yolla bacara bilməyəcəyini başa düşdü. Buna görə də, İslam dünyasının içərisindən İran inqilabının əzəmətli ideyalarının məhv etmək yollarını tapmağa çalışdılar. Sonda ABŞ kəşfiyyat orqanlarına kömək etməklə belə bir qərara gəldi ki, sünni və şiə arasındakı əqidəvi fərqdən istifadə edərək, xəvaricləri dirçəltsinlər. Təəssüflə bildirirəm ki, əgər region dövlətləri və xalqları bu işdə onlara qoşulmasaydı, onlar İslama zərbə vura bilməzdilər.