header

 Avropa Məhkəməsi dindarların şikayətini araşdırır

Avropa İnsan Haqları Məhkəməsi 3 azərbaycanlı dindarın şikayətini araşdırmağa başlayıb.

Bu haqda vəkil Cavad Cavadlı məlumat verib.
Avropa İnsan Hüquqları Məhkəməsindən (AİHM) vəkilə göndərilən məktubda yazılır ki, sentyabrda 3 dindarın - Cavid Məmmədovun, Zülfüqar Mikayılovun və Elman Ağayevin şikayətləri üzrə hökumətlə kommunikasiyaya başlanılacaq.
Şikayəti araşdırılan ilahiyyatçı Cavid Məmmədov 2012-ci il oktyabrın 17-də həbs olunub. O, qanunsuz silah saxlamaqda ittiham edilib.
İlahiyyatçı 2013-cü il fevralın 1-də Nəsimi Rayon Məhkəməsinin hökmü ilə 1 il azadlıqdan məhrum edilib. Müdafiə tərəfi ilahiyyatçıya ittihamın əsassız olduğunu bildirərək yuxarı məhkəmələrdən ona bəraət verilməsini tələb ediblər. Ancaq ona bəraət verilməyib.
AİHM həmçinin, 2015-ci ildə baş vermiş Nardaran olayları zamanı həbs edilmiş Zülfüqar Mikayılov və Elman Ağayevin şikayətlərini araşdıracaq.
2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyatda, ikisi polis olmaqla, 6 nəfər həlak olmuşdu. Rəsmi ittihama görə, radikal silahlı dəstə polis əməkdaşlarına silahlı müqavimət göstərib və ölümlər bu qarşıdurmada baş verib.
Nardaranda və Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə 70-dən çox (hüquq müdafiəçilərinin siyahısında bu rəqəm 80-dən çox göstərilir) adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 6 il 6 ayadək həbs cəzası kəsilib. 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib.
Üç qrupa ayrılan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. «Müsəlman Birliyi» Hərəkatının sədri T.Bağırov və daha 17 nəfərin məhkəməsi yekunlaşıb. T.Bağırov, Abbas Hüseynov 20 il, digərlərinə isə 10 ildən 19 ilədək həbs cəzası verilib.
Daha iki qrupun məhkəməsi davam edir. Bu yaxınlarda isə əlavə iki nəfərin istintaqı yekunlaşıb. İş məhkəməyə göndərilib.
Təqsirləndirilənlər ittihamları qəbul etmir, saxlanarkən və dindirilmədə işgəncələrə məruz qaldıqlarını bildiriblər. Ancaq məhkəmədə ifadə verən hüquq mühafizə orqanlarının əməkdaşları işgəncə şikayətlərini qəbul etməyiblər.
Zülfüqar Mikayılov və Elman Ağayev də həmin vaxt həbs edilənlərdir. Onlara qarşı irəli sürülmüş ittihamlara hazırda məhkəmədə baxılır. Dindarlar bu şikayətlərində məhkəməyə qədər qanunsuzluqlarla üzləşdiklərini iddia edirlər

“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars

Starts: 10/16/2017 1:00:32 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran

Post a comment Related content

Send
SiteMap