Vəkil Yalçın İmanov AİP lideri Mövsüm Səmədovla görüşüb – Doktor Səmədovun hər kəsə salamı var
Posted on : qafqaz 10/16/2017 1:00:32 PM
Vəkil Yalçın İmanov Qobustan Qapalı Tipli Təxridxanada AİP lideri Mövsüm Səmədovla görüşüb.
Bu barədə
“İslaminSesi”-nə Yalçın İmanovun özü məlumat verib. Yalçın İmanov müvəkkilinin
səhhətinin və əhval ruhiyyəsinin normal olduğunu söyləyib. Vəkilin sözlərinə
görə AİP lideri Mövsüm Səmədov Qobustan Təxridxanasında Müsəlman Birliyinin Hərəkatının
üzvü Abbas Hüseynə qarşı baş verən işgəncə hallarını pisləyib. Müvəkkilinin
“karantin” müddətinin bitdiyini və artıq korpusa köçürüldüyünü söyləyən Yalçın
İmanov, Mövsüm Səmədovun hər kəsə salam söylədiyini bildirib.
Xatırladaq ki,
M. Səmədov 2011-ci ilin yanvar ayında partiyanın baş məclisində hakimiyyət əleyhinə
sərt çıxış etdikdən sonra həbs olunub. O, bir neçə ağır cinayət maddələri ilə
ittiham edilərək 12 il müddətinə azadlıqdan məhrum edilib. Hazırda Qobustan Qapalı
Tipli Təcridxanada saxlanılır.