Yəmən ordusunun raket hücumlarında 100-dən çox Ərəbistan muzdlusu ölüb və yaralanıb
Posted on : qafqaz 10/16/2017 1:00:32 PM
Yəmən ordusu və Ənsarullah qüvvələrinin raket və artilleriya hücumları Ərəbistanın cənubunda yerləşən Əsir məntəqəsində yüzdən çox muzdlu qüvvənin ölməsi və yaralanmasına səbəb olub.
Fars xəbər
agentliyinin verdiyi məlumata görə, bir yəmənli hərbi mənbə bildirib: Yəmən
ordusu və Ənsarullahın raket bölmələri şənbə günü axşam Ələb bazasını
"Zilzal2" və "Katyuşa" raketləri ilə hədəfə alıblar.
Artilleriya bölməsi də raket hücumu ilə bir vaxtda bu bazaya zərbələr endirib.
Nəticədə onlarla Ali-Səud muzduru ölüb və yaralanıb.
Yəmən ordusu və
Ənsarullahın raket bölmələri şənbə günü Ərəbistan hərbçiləri və Ali-Səud
muzdlularının Ələb hərbi bazasının giriş nöqtəsinin şərqində yerləşən mövqelərini
2 ədəd "Uraqan", 1 ədəd "Zilzal2" və bir neçə
"Katyuşa" raketi ilə hədəfə alıblar. Bu hücumlarla bir vaxtda düşmən
mövqeləri ağır artilleriya atəşinə tutulub.
Yəmən ordusunun
verdiyi məlumata görə, bu hücumlar Ali-Səud muzdlularına ciddi zərər və
ziyanlar yetirib.
Yəmənin Əl-Məsirə
informasiya kanalı da ordu və xalq qüvvələrinin Ali-Səud muzdlularının Yəmənin
Cəvf vilayətindəki mövqelərinə qarşı gözlənilməz hücum həyata keçirməsindən xəbər
verib. Bu hücumda bir qrup muzdlu ölürülüb.