Bakı məscidlərinin təxribi ilə əlaqədar regional məsələlər üzrə ekspertlə müsahibə
Posted on : Video 10/16/2017 1:00:29 PM
Azərbaycan respublikası xalqının siyasi ayıqlığı çox qabaqlara qayıdır/ İlham Əliyev nəzarətə alınmış islam istəyir
Tashaio.com-Azərbaycan respublikası
Yasamal royununda Hacıcavad məsdinin təxrib səbəbi və onun nəticələri haqqında
region məsələlərinin eksperti Məhəmməd Əlizadədən müsahibə almışıq. Bu müsahibədə
dövlətin təxrib təşəbbüsü və Əliyev hökuməti tərəfindən təxrib zamanının müəyyənləşdirilməsi
təhlil edilmişdir.
s. sizcə Azərbaycan
respublikasında dövlətin məscidləri təxrib etməkdən məqsədi nədir və bu təxriblər
davam edəcəkmi?
c. Azərbaycan dövlətinin
müstəqillikdən sonrakı, xüsusilə hazırkı president İlham Əliyevdən sonrakı
funksiyası göstərir ki, bu ölkə din haqqında həmişə ikili siyasət aparmışdır.
Belə ki, islam onun özünü və dövlətini təbliğ etdiyi təqdirdə onu himayə
etmişdir. Bunu “Bakı, islam dünyasının mədəni paytaxtı”, yaxud son vaxtlarda
keçirilən “islam həmrəylik oyunları” mövzusunda
görmək olar. Azərbaycan dövləti nəzarətdə olan, onun rejimini hədələməyən
bir islamın tərəfdarıdır. Bəzi cərəyan və şəxsiyyətlər, habelə bəzi məkan və məscidlər
onun siyasətilə eyni istiqamətdə olmadığına görə həmin cərəyan və şəxsiyyətlər
haqqında ölçü götürmüş və həmin məscidlərin təxribinə və ləğvinə əl vurmuşdur.
Azərbaycan dövlətinin mövzu ilə əlaqədar funksiyası, hakimiyyətin nəzərində
problemli olan məsələlərlə kobud davranması göstərir ki, məscidlərin təxribi
siyasəti gələcəkdə də rejimin gündəliyində olacaqdır.
s. Məscidlərin təxribi
İlham Əliyev dövləti üçün hansı nəticələri verə bilər?
c. Azərbaycan ictimaiyyəti
və İlham Əliyev dövlətinin din, dini və sosial azadlıqlar haqqındakı funksiyası
həm qərbin və qərbçilərin, həm də islamçıların və islamçıları himayə edən ölkələrin
və xüsusli İran islam respublikasının diqqət mərkəzində olmuşdur. Birinci
qrupdan qərb qurumları, Avropa və Amerika parlamentləri tərəfindən Azərbaycan
hakimiyyətinə qarşı insan hüququ əyaniyyələrin verilməsinin şahidiyik ki,
Əliyev hakimiyyətinin qanuniliyini sual altına aparır. Ikinci qrupa gəldikdə isə
Azərbaycanın daxilində və xaricində islam şəxsiyyətləri və islami cərəyanların
şiddətli etirazlarının şahidiyik ki, yeri gəldikdə bu rejimi problemlərlə üzbəüz
edir. Başda islam partiyasının sədri Dr. Mövsüm Səmədov olmaqla bu ölkənin həbsxanalarındakı
dustaqların çoxluğu bu reallığı göstərir ki, Azərbaycan xalqının oyanması ta
çoxdan başlanmış və əksəriyyəti şiə olan ölkədə bu oyanış kütləvi xarakter
alacaqdır. Beləliklə Bakı dövləti şiə, islamçılar və əlaqədar mövzular haqqında
rasional və məntiqi bir siyasət yürütməklə ölkənin inkişafı və tərəqqisi
istiqamətində və işğal olunmuş ərazini azad etmək üçün bu böyük potensialdan
istifadə etmiş olar. Bu potensialı riskə çevirməkdənsə çox böyük imkana çevirmək
lazımdır. Bunun üçün də anti-islam siyasətindən çəkinməli və islamçıların haqlı
istəklərinə diqqət yetirilməlidir.
s. Sizcə etiraz bəyaniyyələri
və ötəri yığıncaqlar onların bu təşəbbüslərinə mane ola bilərmi?
c. Azərbaycan hakimiyyətinin
anti-islam təşəbbüsləri ilə qarşılaşıb onlara mane olmaq fonunda əhəmiyyətli
olan cəhət insicamlı, qüdrətli və davamlı bir metod yürütməkdir ki, yumşaq,
yarımyumşaq və sərt mövqe tutmaq metodları ola bilər. Məlumdur ki, Azərbaycan
dövlətinin dinə zidd siyasətinin dayandırılmasında bəyaniyyələr və etiraz
nümayişləri effektiv olsa da insicamsızlığı
və kifayət olmaması çox mühümdür. Çünki belə bir metodlar həm ölkə
daxilində həyata keçirilməlidir. Həm də sərhəddən kənarlarda islam ümmətlərinin, xüsusilə şiələrin həmrəyliyi
təmin edilməlidir. Bununla da onlar tək qalmaz və maraqlarını itirməzlər.
s. Niyə Hacıcavad məscidinin
təxribi islam həmrəylik oyunları zamanı heya keçirilmədi və sonraya qaldı? Məlum
idi ki, Azərbaycan dövləti həmrəylik oyunları müsabiqəsinin keçirilməsində aram
və mübahisəsiz bir şərait istəyirdilər. Buna görə də hər hansı qiymətə olursa
olsun dövlətin islami və dini imicini zədələyən hər hansı bir təşəbbüsə əl
vurmaqdan çəkindilər. Hacıcavad məscidinin təxribi də problemli təşəbbüslərin
bariz nümunələrindən olduğu üçün daxili və xarici etirazlara səbəb ola bilərdi.
Odur ki, onun təxribini həmrəylik oyunlarından sonraya qoydular.