header

 Bakı məscidlərinin təxribi ilə əlaqədar regional məsələlər üzrə ekspertlə müsahibə

Azərbaycan respublikası xalqının siyasi ayıqlığı çox qabaqlara qayıdır/ İlham Əliyev nəzarətə alınmış islam istəyir

Tashaio.com-Azərbaycan respublikası Yasamal royununda Hacıcavad məsdinin təxrib səbəbi və onun nəticələri haqqında region məsələlərinin eksperti Məhəmməd Əlizadədən müsahibə almışıq. Bu müsahibədə dövlətin təxrib təşəbbüsü və Əliyev hökuməti tərəfindən təxrib zamanının müəyyənləşdirilməsi təhlil edilmişdir.

s. sizcə Azərbaycan respublikasında dövlətin məscidləri təxrib etməkdən məqsədi nədir və bu təxriblər davam edəcəkmi?

c. Azərbaycan dövlətinin müstəqillikdən sonrakı, xüsusilə hazırkı president İlham Əliyevdən sonrakı funksiyası göstərir ki, bu ölkə din haqqında həmişə ikili siyasət aparmışdır. Belə ki, islam onun özünü və dövlətini təbliğ etdiyi təqdirdə onu himayə etmişdir. Bunu “Bakı, islam dünyasının mədəni paytaxtı”, yaxud son vaxtlarda keçirilən “islam həmrəylik oyunları” mövzusunda görmək olar. Azərbaycan dövləti nəzarətdə olan, onun rejimini hədələməyən bir islamın tərəfdarıdır. Bəzi cərəyan və şəxsiyyətlər, habelə bəzi məkan və məscidlər onun siyasətilə eyni istiqamətdə olmadığına görə həmin cərəyan və şəxsiyyətlər haqqında ölçü götürmüş və həmin məscidlərin təxribinə və ləğvinə əl vurmuşdur. Azərbaycan dövlətinin mövzu ilə əlaqədar funksiyası, hakimiyyətin nəzərində problemli olan məsələlərlə kobud davranması göstərir ki, məscidlərin təxribi siyasəti gələcəkdə də rejimin gündəliyində olacaqdır.

s. Məscidlərin təxribi İlham Əliyev dövləti üçün hansı nəticələri verə bilər?

c. Azərbaycan ictimaiyyəti və İlham Əliyev dövlətinin din, dini və sosial azadlıqlar haqqındakı funksiyası həm qərbin və qərbçilərin, həm də islamçıların və islamçıları himayə edən ölkələrin və xüsusli İran islam respublikasının diqqət mərkəzində olmuşdur. Birinci qrupdan qərb qurumları, Avropa və Amerika parlamentləri tərəfindən Azərbaycan hakimiyyətinə qarşı insan hüququ əyaniyyələrin verilməsinin şahidiyik ki, Əliyev hakimiyyətinin qanuniliyini sual altına aparır. Ikinci qrupa gəldikdə isə Azərbaycanın daxilində və xaricində islam şəxsiyyətləri və islami cərəyanların şiddətli etirazlarının şahidiyik ki, yeri gəldikdə bu rejimi problemlərlə üzbəüz edir. Başda islam partiyasının sədri Dr. Mövsüm Səmədov olmaqla bu ölkənin həbsxanalarındakı dustaqların çoxluğu bu reallığı göstərir ki, Azərbaycan xalqının oyanması ta çoxdan başlanmış və əksəriyyəti şiə olan ölkədə bu oyanış kütləvi xarakter alacaqdır. Beləliklə Bakı dövləti şiə, islamçılar və əlaqədar mövzular haqqında rasional və məntiqi bir siyasət yürütməklə ölkənin inkişafı və tərəqqisi istiqamətində və işğal olunmuş ərazini azad etmək üçün bu böyük potensialdan istifadə etmiş olar. Bu potensialı riskə çevirməkdənsə çox böyük imkana çevirmək lazımdır. Bunun üçün də anti-islam siyasətindən çəkinməli və islamçıların haqlı istəklərinə diqqət yetirilməlidir.

s. Sizcə etiraz bəyaniyyələri və ötəri yığıncaqlar onların bu təşəbbüslərinə mane ola bilərmi?

c. Azərbaycan hakimiyyətinin anti-islam təşəbbüsləri ilə qarşılaşıb onlara mane olmaq fonunda əhəmiyyətli olan cəhət insicamlı, qüdrətli və davamlı bir metod yürütməkdir ki, yumşaq, yarımyumşaq və sərt mövqe tutmaq metodları ola bilər. Məlumdur ki, Azərbaycan dövlətinin dinə zidd siyasətinin dayandırılmasında bəyaniyyələr və etiraz nümayişləri effektiv olsa da insicamsızlığı və kifayət olmaması çox mühümdür. Çünki belə bir metodlar həm ölkə daxilində həyata keçirilməlidir. Həm də sərhəddən kənarlarda  islam ümmətlərinin, xüsusilə şiələrin həmrəyliyi təmin edilməlidir. Bununla da onlar tək qalmaz və maraqlarını itirməzlər.

s. Niyə Hacıcavad məscidinin təxribi islam həmrəylik oyunları zamanı heya keçirilmədi və sonraya qaldı? Məlum idi ki, Azərbaycan dövləti həmrəylik oyunları müsabiqəsinin keçirilməsində aram və mübahisəsiz bir şərait istəyirdilər. Buna görə də hər hansı qiymətə olursa olsun dövlətin islami və dini imicini zədələyən hər hansı bir təşəbbüsə əl vurmaqdan çəkindilər. Hacıcavad məscidinin təxribi də problemli təşəbbüslərin bariz nümunələrindən olduğu üçün daxili və xarici etirazlara səbəb ola bilərdi. Odur ki, onun təxribini həmrəylik oyunlarından sonraya qoydular.

Azərbaycan respublikası xalqının siyasi ayıqlığı çox qabaqlara qayıdır/ İlham Əliyev nəzarətə alınmış islam istəyir
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:29 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap