Bakının Azərbaycan respublikası islam partiyasının rəhbəri Mövsüm Səmədova təzyiqi artmışdır
Posted on : Video 10/16/2017 1:00:28 PM
Azərbaycan respublikasından gələn xəbərlər göstərir ki, Azərbaycan hakimiyyəti bir tərəfdən məzhəb məhdudluğu tətəbiq edib taptalama prosesini intensivləşdirmiş, digər tərəfdən isə şiə ölkəsində islami cərəyanlarla qarşılaşmanı yeni və həssas bir mərhələyə daxil etmişdir
Tashaio.com-Boş
bəhanələrlə din alimlərini və di xadimlərini yaxalamaq, formal məhkələrdə ağır
hökmlər vermək, məscidlərin təxrib planını davam etdirmək, din mərasimlərinin
keçirilməsinə mane olmaq, evlərdə Quran təliminə mane olmaq, həbsxanalarda
antihumanitar və cəza tərbirlərini intensivləşdirmək Azərbaycan respublikası
hakimiyyətinin yeni təşəbbüslərindəndir. Bu arada Azərbaycan respublikası islam
partiyasının rəhbəri Dr. Mövsüm Səmədova qarşı həbsdə göstərdiyi təzyiqlər son
neçə gün ərzində nigərançılıqlara səbəb olmuşdur. Ötən illər ərzində də bu
şəxsiyyətin iradəsini qırmaq və ümidini üzmək üçün təzyiq və hədə-qorxu davam
etdirilsə də (belə ki, həbsxana məsulları onu yaxaladıqdan etirbarən ən pis
şəraitdə saxlamış və 28 dəfə təcrid kameralarına salmış və iki il ailəsilə
görüşməsinə maneolmuşlar) son günlərdə bu təzyiq və təhdidlər diqqətə layiq
dərəcədə artmışdır. Belə ki, onun cəza meddətinin 12 nömrəli həbsxananın təcrid
kamerasında 21 mayda qurtarmasına baxmayaraq həbsxana məsulları onu xüsusi
kameraya köçürmüş və həbsxananın rəisi məhkəmədən istəmişdir ki, Qobustan bağlı
həbsxanasına aparsın. Həbsxana rəsmiləri bu təşəbbüsü digər dustaqların Dr.
Mövsüm Səmədova hücum ehtimalı ilə əsaslandırırlar! Dr. Səmədov və onun vəkili
Yalçın İmanov isə bu iddianın əsassız olduğunu bildirirlər. Onun vəkilinin
dediyinə görə məsullar onu cəzalandırmaq üçün yersiz dəlillər, papağını
götürməmək, özünü dustaq kimi təqdim etməmək, şəxsi təmizlikdən çəkinmək,
təcrid kameralarına köçürmələrinin səbəbini isə digər dustaqların ona xəsarət
yetirməsi ihtimalı ilə əsaslandırırlar. Buna görə və bu iddialara əsasən Dr.
Səmədov hal hazırda digər dustaqlardan ayrı saxlanılır və hətta bəzi
xəstəlikləri üzündən ciddi problemlərlə üzüzə olsa da azad havadan istifadə
etməkdən məhrumdur. Əslində məlumdur ki, həbsxana məsulları onun bədən
vəziyyətinin pisləşməsinə və bu bəhanələrlə təcridxanada saxlamasına
çalışırlar. Onlar çalışırlar ki, onu ayırmaq və təcrid kamerasında saxlamaqla
digər dustaqları ayıltmasına mane olsunlar. “Dustaqlarla davranış prinsipləri”
və insan hüququ bəyannaməsinin ayrı-ayrı bəndləri və onların Azərbaycan
respublikası həbsxanalarına, xüsusilə 12 nömrəli həbsxanasına tətbiqi
nəticəsində cəzalandırma təşəbbüslərini insanlıqdan uzaq işkəncə, şiddətli
cəza, kobud yanaşmalar cərgəsində təsnifləndirmək olar. Məlumdur ki, bu kimi
təşəbbüslər dustaqlarla yanaşmaya aid beynəlxalq prinsipləri pozmaqdır. Dustaqlarla yanaşma beynəlxal prinsiplərin
5-ci bəndində açıqlandığı kimi dustaq reallığına aid məhdudluqları çıxmaq
şərtilə bütün dustaqlar insan hüququ bəyannaməsində qeyd edilən bütün humanitar
hüquqlardan yararlanmalıdırlar. Eləcə də insan hüququ bəyannaməsinin beşinci
maddəsi bildirir ki, heç kim zülmə, işkəncəyə, təhqirə və inasanlığa zidd
davranışlara məruz qalmamalıdır. Diqqətə almalıyıq ki, dustaqlarla davranış
beynəlxalq prinsiplər və insan hüququ bəyannaməsi dustaqların din etiqadına və
söz azadlıqlarına hörməti vurğulamışdır. Dr. Səmədov haqqında isə nə formal
məhkəmə prosesində, nə də həbsxanada bunlara riayət edilməmişdir. Bunu da qeyd
edək ki, bu yazıda işarə olunan cəzalandırma tədbirləri Azərbaycan respublikası
kontitusiyasının müqəddiməsində mədəni cəmiyyət yaratmaq, qanunun aliliyi və
insanın dünya dəyərlərinə riayət etmək hədəflərinə ziddir. Sözümüzün sonunda
belə bir sual veririk ki, Azərbaycan
respublikası hakimiyyəti insan hüququna aid bu qara və qalın dosiya, Azərbaycan
respublikası islam partiyasını rəhbəri Dr. Mövsüm Səmədova tətbiq etdiyi cəza
tədbirləri (bu proses davam edərsə psixi və cismi baxımdan xəsarət alacaq
ehtimalı vardır) insan hüququ və əsas azadlıqları kobud şkildə pozması ilə gələcəkdə
hansı nəticələrlə qarşılaşacaqdır? Məlum olan budur ki, Azərbaycan respublikası
hakimiyyətinin anti-humanitar təşəbbüslərinin xeyri olmayacaqdır və əminliklə
demək olar ki, Dr. Səmədovun xalq tərəfindən, eləcə də digər islam ölkələrində
yaşayan müsəlmanlar tərəfindən sevildiyini nəzərə alsaq hazırkı prosesin davam
etməsi narazıların artmasına Azərbaycan respublikası hakimiyyəti üçün ciddi
problemlərin yaranmasına gətirib çıxaracaqdır. Hökumətin qanuniliyini itirməsi və
etibarının azalması bu təşəbbüslərin minimum nəticələri olacaqdır.