header

 Bakının Azərbaycan respublikası islam partiyasının rəhbəri Mövsüm Səmədova təzyiqi artmışdır

Azərbaycan respublikasından gələn xəbərlər göstərir ki, Azərbaycan hakimiyyəti bir tərəfdən məzhəb məhdudluğu tətəbiq edib taptalama prosesini intensivləşdirmiş, digər tərəfdən isə şiə ölkəsində islami cərəyanlarla qarşılaşmanı yeni və həssas bir mərhələyə daxil etmişdir

Tashaio.com-Boş bəhanələrlə din alimlərini və di xadimlərini yaxalamaq, formal məhkələrdə ağır hökmlər vermək, məscidlərin təxrib planını davam etdirmək, din mərasimlərinin keçirilməsinə mane olmaq, evlərdə Quran təliminə mane olmaq, həbsxanalarda antihumanitar və cəza tərbirlərini intensivləşdirmək Azərbaycan respublikası hakimiyyətinin yeni təşəbbüslərindəndir. Bu arada Azərbaycan respublikası islam partiyasının rəhbəri Dr. Mövsüm Səmədova qarşı həbsdə göstərdiyi təzyiqlər son neçə gün ərzində nigərançılıqlara səbəb olmuşdur. Ötən illər ərzində də bu şəxsiyyətin iradəsini qırmaq və ümidini üzmək üçün təzyiq və hədə-qorxu davam etdirilsə də (belə ki, həbsxana məsulları onu yaxaladıqdan etirbarən ən pis şəraitdə saxlamış və 28 dəfə təcrid kameralarına salmış və iki il ailəsilə görüşməsinə maneolmuşlar) son günlərdə bu təzyiq və təhdidlər diqqətə layiq dərəcədə artmışdır. Belə ki, onun cəza meddətinin 12 nömrəli həbsxananın təcrid kamerasında 21 mayda qurtarmasına baxmayaraq həbsxana məsulları onu xüsusi kameraya köçürmüş və həbsxananın rəisi məhkəmədən istəmişdir ki, Qobustan bağlı həbsxanasına aparsın. Həbsxana rəsmiləri bu təşəbbüsü digər dustaqların Dr. Mövsüm Səmədova hücum ehtimalı ilə əsaslandırırlar! Dr. Səmədov və onun vəkili Yalçın İmanov isə bu iddianın əsassız olduğunu bildirirlər. Onun vəkilinin dediyinə görə məsullar onu cəzalandırmaq üçün yersiz dəlillər, papağını götürməmək, özünü dustaq kimi təqdim etməmək, şəxsi təmizlikdən çəkinmək, təcrid kameralarına köçürmələrinin səbəbini isə digər dustaqların ona xəsarət yetirməsi ihtimalı ilə əsaslandırırlar. Buna görə və bu iddialara əsasən Dr. Səmədov hal hazırda digər dustaqlardan ayrı saxlanılır və hətta bəzi xəstəlikləri üzündən ciddi problemlərlə üzüzə olsa da azad havadan istifadə etməkdən məhrumdur. Əslində məlumdur ki, həbsxana məsulları onun bədən vəziyyətinin pisləşməsinə və bu bəhanələrlə təcridxanada saxlamasına çalışırlar. Onlar çalışırlar ki, onu ayırmaq və təcrid kamerasında saxlamaqla digər dustaqları ayıltmasına mane olsunlar. “Dustaqlarla davranış prinsipləri” və insan hüququ bəyannaməsinin ayrı-ayrı bəndləri və onların Azərbaycan respublikası həbsxanalarına, xüsusilə 12 nömrəli həbsxanasına tətbiqi nəticəsində cəzalandırma təşəbbüslərini insanlıqdan uzaq işkəncə, şiddətli cəza, kobud yanaşmalar cərgəsində təsnifləndirmək olar. Məlumdur ki, bu kimi təşəbbüslər dustaqlarla yanaşmaya aid beynəlxalq prinsipləri pozmaqdır.  Dustaqlarla yanaşma beynəlxal prinsiplərin 5-ci bəndində açıqlandığı kimi dustaq reallığına aid məhdudluqları çıxmaq şərtilə bütün dustaqlar insan hüququ bəyannaməsində qeyd edilən bütün humanitar hüquqlardan yararlanmalıdırlar. Eləcə də insan hüququ bəyannaməsinin beşinci maddəsi bildirir ki, heç kim zülmə, işkəncəyə, təhqirə və inasanlığa zidd davranışlara məruz qalmamalıdır. Diqqətə almalıyıq ki, dustaqlarla davranış beynəlxalq prinsiplər və insan hüququ bəyannaməsi dustaqların din etiqadına və söz azadlıqlarına hörməti vurğulamışdır. Dr. Səmədov haqqında isə nə formal məhkəmə prosesində, nə də həbsxanada bunlara riayət edilməmişdir. Bunu da qeyd edək ki, bu yazıda işarə olunan cəzalandırma tədbirləri Azərbaycan respublikası kontitusiyasının müqəddiməsində mədəni cəmiyyət yaratmaq, qanunun aliliyi və insanın dünya dəyərlərinə riayət etmək hədəflərinə ziddir. Sözümüzün sonunda belə bir sual veririk ki,  Azərbaycan respublikası hakimiyyəti insan hüququna aid bu qara və qalın dosiya, Azərbaycan respublikası islam partiyasını rəhbəri Dr. Mövsüm Səmədova tətbiq etdiyi cəza tədbirləri (bu proses davam edərsə psixi və cismi baxımdan xəsarət alacaq ehtimalı vardır) insan hüququ və əsas azadlıqları kobud şkildə pozması ilə gələcəkdə hansı nəticələrlə qarşılaşacaqdır? Məlum olan budur ki, Azərbaycan respublikası hakimiyyətinin anti-humanitar təşəbbüslərinin xeyri olmayacaqdır və əminliklə demək olar ki, Dr. Səmədovun xalq tərəfindən, eləcə də digər islam ölkələrində yaşayan müsəlmanlar tərəfindən sevildiyini nəzərə alsaq hazırkı prosesin davam etməsi narazıların artmasına Azərbaycan respublikası hakimiyyəti üçün ciddi problemlərin yaranmasına gətirib çıxaracaqdır. Hökumətin qanuniliyini itirməsi və etibarının azalması bu təşəbbüslərin minimum nəticələri olacaqdır.

Azərbaycan respublikasından gələn xəbərlər göstərir ki, Azərbaycan hakimiyyəti bir tərəfdən məzhəb məhdudluğu tətəbiq edib taptalama prosesini intensivləşdirmiş, digər tərəfdən isə şiə ölkəsində islami cərəyanlarla qarşılaşmanı yeni və həssas bir mərhələyə daxil etmişdir
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:28 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap