Ayətullah Amili 19 yanvar mərasimində: “iki dövlətdə bir millət” şüarı yalnız İran və Azərbaycan respublikasını ehtiva edir - Audio
Posted on : Video 10/16/2017 1:00:22 PM
Azərbaycanın ərazi bütövlüyü bizim üçün önəmlidir. Dəqiq məlumatımıza görə İsrail Qarabağı azad etmək fikrində deyil
Tashaio.com xəbər verir ki, Ayətullah seyid Həsən Amili 19
yanvar, dünya müsəlman azərilərin günü mərasimində 19 yanvar mərasimlərinin və
bu istiqamətdəki müzakirə və iclasların böyük qurultaya çevrilməsini və dünya
azərilərinin vəziyyəti ilə maraqlanmanın zəruriliyini vurğulayaraq
bildirmişdir: Ağılagəlməz təzyiq və sıxıntılardan sonra Azərbaycan əhalisinin
1990-cı il 19 yanvarda İrana axını onlarin dini və milli kimliyinin qorunub
saxlanıldığını göstərirdi.
O demişdir: biz
daxili təhriflərin qarşısında dayanmalıyıq. Bu təhriflər Azərbaycan xalqına
edilən böyük xəyanətdir.
O artırmışdır:
belə bir qərara gəlmişik ki, dünyanın hər yerində, İraqda, Rusiyada, Türkiyədə,
Azərbaycanda və İranda azərilərin vəziyyəti ilə maraqlanacağıq ki, təhlükələri
öyrənib xəbərdarlıq edək və çıxış yollarını göstərək. Ərdəbil imamcüməsi
açıqlamışdır: azərilərin vəziyyəti ilə maraqlanmaq humanitar maraqlar
formasında gedən diplomatic fəaliyyətdir. Bu da dünya azərilərinin birliyini, həmrəyliyini
və kimliyini qorumaq üçün zəruridir.
O, vahid dünya
ailəsinə inandığını deyərək bildirmişdir: biz, azərilərin mövqeyinə, din mərasimlərinin
keçirilməsinə, əlaqələrin gücləndirilməsinə və dini kimliyin qorunmasına həssasıq.
Buna görə də dünyanın hər yerində azərilərin təhqir olunmasını məhkum edirik.
Şiə dünyasının alimi demişdir: vahabilərin azərilərə nüfuz etməsindən nigəranıq
və Azərbaycan dövlətinə vahabilərə qarşı elmi mübarizədə kömək etməyə və
onlarla bəhsə girməyə hazıram.
Ərdəbil imamcüməsi
açıqlamışdır: Azərbaycanın ərazi bütövlüyü bizim üçün çox önəmlidir. Qarabağın
azadlığı üçün var qüvvəmizlə çalışırıq. Bu istiqamətdə Azərbaycan dövlətinin üzərindəki
vəzifə çox böyükdür. Hal bu ki, super güclər Qarabağın Azərbaycana
qaytarılmasında meyilli deyillər. Tarixin göstərdiyi kimi bu ölkələr, xüsusilə
İsrail islam ölkələrini parçalamaq fikrindədir. Sudanın parçalanması, İraq və
Suriyanı parçalamaq cəhdi buna nümunədir. Bunlardan əlavə İsrailin Qarabağı
azad etmək üçün hazır olmadığına dair dəqiq məlumatımız vardır.
O demişdir: Azərbaycan
respublikasında bəzilərinin anti-İran fəaliyyətini yaxşı iş hesab etmələri buna
görədir ki, onlar İranla bu ölkə arasındakı tarixi əlaqələri qırmaq istəyirlər.
Halbuki, iki dövlət bir millət ideyası Erməni əmtəələrini bazarına dolduran
Türkiyə ilə Aəzrbaycana deyil, İranla Azərbaycana yaraşır. Vəliyyi-fəqihin Ərdəbildəki
nümayəndəsi İsrailin müxtəlif plan və dəsisələrlə Azərbaycana nüfuz etmək istədiyini
bildirərək demişdir: Bu, Azərbaycan və region üçün böyük təhlükədir.
Azərbaycan
xalqı və dövləti bu haqda çox ayıq olmalıdırlar. Netanyahu üçün qırmızı xalça
döşəmək olduqca təəssüfləndirici haldır. İsrail həmişə böyük cinayətlərin
pioneri olub. Ərdəbil imamcüməsi Şərqi, qərbi Azərbayan və Ərdəbil əyalətlərində
azəri lüğətlərinin yazılmasına işarə edərək bildirmişdir: bu, çox mühüm bir təşəbbüsdür
və azərbaycan xalqının birlik və həmrəyliyini gücləndirmək istiqamətində mühüm
bir addım ola bilər.
O, müəzzəm rəhbərin
İran xalqı və dünyanın müsəlman azəriləri üçün böyük siyasi və mənəvi şəxsiyyət
olduğunu bildirərək demişdir: imam Xamneyi bütün azadlıqsevər müsəlmanların
siyasi rəhbəridir.
Biz, müəzzəm rəhbərə
tabe olmaqla düşmənlərin bütün dəsisə və planlarını puça çıxarırıq.
Ayətüllah Amili
açıqlamışdır: Azərbaycan respublikasının əzizliyi İran millətinin əzizliyi deməkdir.
Çünki, İran və Azərbaycan xalqlarının çoxlu müştərək cəhətləri vardır. Bu birgə
mədəni və anlaşma cəhətlər düşmənləri zəlil etmək üçün günügündən artmalı, güclənməlidir.
Ərdəbil imamcüməsi həmçinin Ərdoğanın şiələrə və azərilərə zid təşəbbüslərinə işarə edərək demişdir: Türkiyə şiələrə qarşı geniş təşəbbüsdədir. Onlar həm İraqın, həm də İŞİD qruplaşmasının Türkman şiələrə qarşı müharibələrində azəridilliləri əsla müdafiə etmədilər. Aldadıcı şüarlarla kifayətləndilər. Qeyd edək ki, bu təntənəli iclasa qatılanlar 20 yanvar şəhidlərinə fatihə oxumaqla Allahdan onlara bağış dilədilər.
Bu görüşü təfərrüatı ilə əziz oxuculara təqdim edirik: