Myanmarı da Soros qarışdırır
Posted on : Digər sahələr 10/16/2017 1:00:33 PM
Myanmarda baş verən hadisələrin arxasında Corc Sorosun adı hallanır. Sorosun maliyyələşdirdiyi təşkilatın məqsədi Çinə zərbə vurmaq və "ASEAN"ı (Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası) parçalamaqdır.
Beynəlxalq
ictimaiyyət bir müddətdir ki, Myanmarın Arakan bölgəsindəki (Rohinqya müsəlmanları)
hadisələrə sərt reaksiyalar göstərir. Bölgəni yaxından təqib edən ekspertlər
baş verən böhranın arxasında qlobal güclərin olması qənatəinə gəliblər. Rusiya
Xalqlar Dostluğu Universitetinin Strateji Araşdırmalar İnstitutunun direktor
müavini Dmitri Yeqorçenkov bildirib ki, Çin və Myanmar arasındakı enerji əməkdaşlığından
sonra Vaşinqton rəhbərliyi hərəkətə keçib. Rusiyalı politoloqun fikrincə, Corc
Soros Myanmara maliyyələşdirdiyi "Birma Vəzifə Gücü" adlı təşkilat
vasitəsilə müdaxilə edir: "Təşkilatın 2013-ci ildən bəri Myanmarda baş verənləri
azlıqlara qarşı soyqırımı kimi tanıtdırır və ölkənin daxili işlərinə müdaxilə
böhranı daha da dərinləşdirir".
Arakanda baş
verənləri şərh edən Rusiya Fedarasiyası Elmlər Akademiyası Şərq Araşdırmaları
İnstitutunun Cənub-Şərqi Asiya, Avstraliya və Okeaniya Mərkəzinin direktoru
Dmitri Mosyakov da böhranın səbəbini 3 səbəbdə görür. "Sputnik"ə
müsahibə verən Mosyakov hadisələri belə şərh edir: "Birincisi, Çin Arakana
çox böyük investisiyalar yatırdığı üçün bu, rəsmi Pekinə qarşı oyundur.
İkincisi, Cənub-Şərqi Asiyada ekstremist qüvvələrin yaranmasına cəhd göstərilir.
Üçüncüsü isə "ASEAN" (Myanmar ilə müsəlman əhalinin hakim olduğu
İndoneziya və Malayziya arasında) daxilində qarşıdurmaları başlatmaq cəhdi
var".
Qeyd edək ki,
2004-ci ildə Myanmarda enerji ehtiyatları kəşf edilib. 2013-ci ildə Myanmarın
Kyaukphyu limanı ilə Çinin Kunminq şəhərini birləşdirən neft və qaz boru kəmərləri
çəkib. Neft kəməri Pekinin Malakka boğazını keçərək, Orta Şərq və Afrikaya xam
nefti daşımağa imkan verir. Həmçinin kəmər vasitəsilə təbii qaz boru xətti
Myanmarın ofşor sahələrindən karbohidrogenləri Çinə daşıyır./ FaktXəbər