İran və AR prezidentləri münasibətlərin genişlənməsini vurğulayıblar(tam)
Posted on : Digər sahələr 10/16/2017 1:00:33 PM
İran İslam Respublikasının prezidenti deyib: "İran və Azərbaycan Respublikası iqtisadiyyat, elm, texnologiya, tədqiqat və ticarət sahələrində qarşılıqlı münasibətlərin genişləndirilməsində böyük imkanlara malikdirlər və bu imkanların hamısından iki xalqın mənafeyi istiqamətində faydalanmaq lazımdır.
İran İslam
Respublikasının prezidenti Həsən Ruhani bu gün Astanada Azərbaycan
Respublikasının prezidenti İlham Əliyev ilə görüşdə əlavə edib: Şimal-cənub üzrə
digər tranzit xətlərinin kənarında iki ölkə arasında müştərək dəmiryolu layihəsinin
təkmilləşdirilməsi nəinki iki ölkə əlaqələri və əməkdaşlıqlarında, həm də bütün
regionda faydalıdır.
Ruhani söyləyib:
İran İslam Respublikası və Azərbaycan Respublikası neft bazarı durumunun
yaxşılaşdırılması üzrə birgə səyləri və enerji sahəsindəki həmkarlıqlarını gücləndirməlidirlər.
Azərbaycan
Respublikasının prezidenti İlham Əliyev də bu görüşdə ötən dörd ildə iki ölkə
prezidentlərinin doqquz görüşünü mühüm adlandıraraq, deyib ki, onun ölkəsi
bütün sahələrdə, o sıradan iqtisadiyyat, ticarət və qarşılıqlı investisiya sahələrində
İranla əlaqələr və anlaşmalar səbiyyəsini yüksəltməyə maraqlıdır.
Azərbaycan
Respublikasının prezidenti həmçinin deyib ki, onun ölkəsi terrorizmi bütün
region ölkələri üçün müştərək təhdid hesab edir və bu nəhs fenomenlə mübarizədə
İranla daha artıq koordinasiyaya və əməkdaşlığa maraqlıdır.