Səudiyyə Ərəbistanı və ABŞ-a satılan silahlar İŞİD-çilərdə aşkarlanıb
Posted on : Digər sahələr 10/16/2017 1:00:33 PM
Bolqarıstan 2016-cı ildə 1 milyard avro dəyərində silah ixrac edib. Onun 1/3-i Səudiyyə Ərəbistanı və ABŞ-a gedib, hansı ki, onlar da Suriyada olan silahlı dəstələrə yollayırlar.
Bu barədə
İxraca nəzarət və Kütləvi Qırğın Silahlarının Yayılmaması üzrə Qurumlararası Komissiyanın hesabatında
deyilir. Sənəddə bildirilir ki, ötən illə müqayisədə silahların xaricə göndərilməsi
63 faiz artıb.
Rəsmi məlumatlara
görə, silahlar İraq, Səudiyyə Ərəbistanı, ABŞ, Misir, Rusiya, Əfqanıstan,
Xorvatiya və Hindistan kimi ölkələrə satılıb.
Səudiyyə Ərəbistanı
və Birləşmiş Ştatlara satılan silahların çox hissəsi Suriyada, İraqda və Yəməndə
terror təşkilatlarının üzvlərinin əlində görünüb.
Qeyd edək ki,
2014-cü ildə aparılan araşdırmalara görə, İraq və Suriyada terror təşkilatlarına
məxsus olan silahlar Bolqarıstan istehsalıdır. / FaktXeber.com